Son yenilik:

Mikrokreditlər artıq daha əl çatan oldu!

Daha ətraflı

Dəyərli müştərilərimizin uğurlar qazanmasına kömək etmək daim ən başlıca öhdəliklərimizdən biridir.



YENİ ƏMƏKDAŞ İNVESTORLARIMIZ

Azərbaycanda, xüsusilə də regionlarda minlərlə kiçik və mikro sahibkarlara kömək etmək həmişə Viatorun əsas məqsədlərindəndir. Təşkilatın böyümə və inkişaf etmək yolunda məqsədləri ilə daha yüksək və daha real hədəflər təşkilatın gələcək inkişafı üçün müəyyən edilib, planlaşdırılır. Təşkilatın böyüməsinə müştərilərin sayının artması və kredit portfeli həcminin genişlənməsi daxildir. Bu hədəflərə nail olmaq üçün Viatora partnyorlar lazımdır ki, investisiya qoyub, təşkilatın partnyoru olaraq, gələcək inkişaf istiqamətində iştirak etsin. Son bir neçə il ərzində Viator Mikrokredit müxtəlif beynəlxalq investisiya təşkilatları ilə əməkdaşlıq etmişdir, belə ki, Symbiotics, Grameen, ResponsAbility kimi təşkilatlar buraya daxildir. Viator daim öz öhdəliklərini yerinə yetirmişdir.

YENİ ƏMƏKDAŞ İNVESTORLARIMIZ
“PAŞA Bank” Azərbaycanın ən böyük banklarından biridir. “PAŞA Bank” ASC(Açıq Səhmdar Cəmiyyəti) “PAŞA” qrup təşkilatlarından biridir və 2007-ci ilin iyun ayında yaradılmışdır. Bank Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2008-ci il 250 nömrəli lisenziyası əsasında fəaliyyət göstərir. Bu il 25 iyul tarixində Viator Paşa Bankdan 1.000.000 AZN investisiya əldə etməyə nail olmuşdur. Bu o, deməkdir ki, biz həmin vəsaiti filiallara göndərə bilərik ki, müştərilərə kredit kimi təklif etsinlər. Bu təşkilatın fəal müştərilərinin sayının artması və təşkilatın öz hədəflərinə nail olması imkanını yaradır.



YENİ ƏMƏKDAŞ İNVESTORLARIMIZ

Xalq Bank — Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilən 27 dekabr 2004-cü il tarixli 246 saylı lisenziya əsasında fəaliyyət göstərir. Viator 2016-cı ildən Xalq Bank ilə əməkdaşlıq edir. Xalq Bankla əməkdaşlıq ilk olaraq ölkə daxili və xarici korporativ bank köçürmələri ilə başlayıb, sonradan konvertasiya əməliyyatları, deposit seyflərinin icarəsi, əmək haqqı kartları, kreditlərin verilməsi kimi xidmətlər əlavə edilib.



YENİ ƏMƏKDAŞ İNVESTORLARIMIZ
Xalq Həyat -Sığorta münasibətləri bazar iqtisadiyyatının vacib ünsürlərindən biridir. Sığortalının ölümü, sağlamlığının, iş qabiliyyətinin əlilliyə görə tamamilə və ya qismən itirilməsi kimi risklərin sığortalanması hallarını sığorta şirkətləri təmin edir.Viator 2019-cu ilin noyabr ayından “Xalq Həyat” Sığorta Şirkəti ASC ilə əməkdaşlıq edir. “Xalq Həyat” Sığorta Şirkəti ASC sığorta fəaliyyətinə 2019 cu ilin mart ayından başlayıb.“Xalq Həyat” Sığorta Şirkəti ASC həyat sığortası sahəsində geniş spektr üzrə xidmətlər göstərir.



YENİ ƏMƏKDAŞ İNVESTORLARIMIZ
AzFinance İnvestisiya şirkəti ölkəmizdə fəaliyyət göstərən ən qabaqcıl və güvənilən investisiya şirkətidir. Azərbaycan Respublikasında investisiya xidmətlərinin göstərilməsi üçün ilk lisenziya alan ( 06 yanvar 2016 cı il tarixli, 087907 № - li lisenziya ) şirkətlərdən biri məhz AzFinance İnvestisiya şirkətidir. AzFinance İnvestisiya şirkəti vasitəsi ilə BOKT Viator adından istiqrazların buraxılması və yerləşdirilməsi istiqamətində sıx əməkdaşlığımız davam edir.



Mikro maliyyə təşkilatı kimi Viator Mikrokreditin bu təşəbbüsləri müştərilərin ümidlərini doğrultmaq və məsuliyyətli mikrokredit proqramı ilə onların həyatına müsbət təsir göstərmək naminə edilir.