Son yenilik:

Mikrokreditlər artıq daha əl çatan oldu!

Daha ətraflı

Dəyərli müştərilərimizin uğurlar qazanmasına kömək etmək daim ən başlıca öhdəliklərimizdən biridir.



İCRAÇI DİREKTORUN MÜRACİƏTİ

İCRAÇI DİREKTORUN MÜRACİƏTİFəaliyyətimiz 1999-cu ildə başlamışdır və 24 ildən sonra Viator Mikrokredit Azərbaycan (MKA) hələ də Azərbaycanın aparıcı maliyyə institutlarından biri kimi inamla addımlamağa davam edir. Fəaliyyətinin üçüncü onilliyində Viator MKA maliyyə sahəsi üzrə güclü keçmişi və sübuta yetirilmiş uğurlu yolunu davam etdirməkdədir. Müştərilərimizə sadiq qalaraq biz bu illər ərzində onlar üçün ən yaxşı xidməti göstərmək üçün bir çox məhsullar yaratmışıq ki, bu da öz növbəsində Viatoru Azərbaycanda ən etibarlı mikromaliyyə müəssisəsi mövqeyinə ucaltmışdır.

Ölkəmizin neftə əsaslanan iqtisadiyyatını kənd təsərrüfatı, ticarət, istehsal və turizm kimi sahələrdə sürətli artım dəstəkləyəcək və bu, iqtisadiyyata güclü təkan verəcəkdir.

Eyni zamanda, Azərbaycanda mikromaliyyə sektoru, güclü Ümumi Daxili Məhsul (ÜDM) artımı və qeyri-neft iqtisadiyyatının yüksələn inkişaf nəbzi ilə irəliləməkdədir.

Biz müştərilərimizə sadiqlik nümayiş etdirərək, onlara hərtərəfli kredit məhsulları və üstün xidmət göstərməyə çalışırıq. Bu baxımdan, təşkilat üzrə məqsədimiz, hədəfimiz və dəyərlərimiz strateji baxımdan uyğudur. Viator MKA müştərilərinin ümidlərini doğruldaraq, onlara daha yaxşı xidmət təklif etməklə, müştərilərinin ən şəffaf və ən etibarlı seçimi olmağa davam edəcəkdir.

Viator MKA-nın uğurlu yolu, müştərilərimizin, səhmdarlarımızın və sadiq əməkdaşlarımızın töhfəsi olmadan mümkün deyil! Hədəfimiz gələcəkdə də yüksək xidmətlərimizi və məhsullarımızı davam etdirməkdir. Biz bütün investorlarımızın davamlı dəstəyini daim yüksək qiymətləndirir və onların ümidlərini doğrultmaq üçün səylərimizi davam etdirəcəyimizə söz veririk.