Son yenilik:

Mikrokreditlər artıq daha əl çatan oldu!

Daha ətraflı

Dəyərli müştərilərimizin uğurlar qazanmasına kömək etmək daim ən başlıca öhdəliklərimizdən biridir.



İCRAÇI RƏHBƏRLİK

İCRAÇI RƏHBƏRLİKAYNUR ƏLİYEVA
İDARƏ HEYƏTİNİN SƏDRİ / İCRAÇI DİREKTOR

AYNUR ƏLİYEVA – Azərbaycan Respublikası Mühasibatlıq üzrə Təsdiqlənmiş Mütəxəssisidir və 2004 cü ilin fevral ayından təşkilatımız ilə əməkdaşlıq edir. O, Viator-da Baş Mühasib kimi fəaliyyətə başlamış və daha sonra peşəkarlığına və özünü işinə həsr etməsi kimi müsbət keyfiyyətlərinə görə Maliyyə Meneceri vəzifəsinə yüksəlmişdir. Bir neçə illik fəaliyyətdən sonra, idarəetmə və liderlik bacarıqları, Maliyyə və İnsan Resurslarının idarəetməsi sahəsində dərin biliklərinə görə o, 2013-cü ilin mart ayından etibarən Direktor Müavini vəzifəsinə layiq görülmüşdür.

VİATOR Mikrokredit təşkilatı ilə əməkdaşlığından əvvəl o, Azərbaycanda müxtəlif təşkilatlarda Baş Mühasib vəzifəsində çalışmışdır. Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında (cari Azərbaycan Aqrar Universiteti) Mühasibatlıq və Audit ixtisası üzrə Bakalavr dərəcəsi almış və Azərbaycan Dövlət Texnologiya Universitetində Mühəndis – Texnoloq ixtisası üzrə Magistr pilləsinə yüksəlmişdir. Aynur xanım 2015-ci ildə Litvanın Vilnyus Gediminas Texniki Universitetində Beynəlxalq Biznes və Administrasiya üzrə Magistr dərəcəsini uğurla əldə etmişdir.

19 ildən artıq müddətdə göstərdiyi peşəkar iş fəaliyyətində Mikromaliyyə menecmentliyi, maliyyə planlaşdırması və liderlik kimi mövzularda İndoneziya, Almaniya, Lüksemburq, İtaliyaç Birləşmiş Krallıq və digər müxtəlif ölkələrdə təlimlərdə iştirak etmişdir. Maliyyə sahəsində olan bilik və təcrübəsindən əlavə, Aynur xanım çox güclü xarakterə malik olan, mikromaliyyə sahəsində yenilikləri kəşf edib, onun həll yollarını tədqiq edən güclü liderlərdən biridir.

Fransada BİD təşkilatı tərəfindən təşkil edilmiş Keyfiyyət Nominasiyasında Liderlik üzrə 21-ci Ulduz Mükafatına və eyni zamanda 100 Keyfiyyət Kriteriyalarına uyğun olaraq müasir biznes nailiyyətlərinə, əzm və liderliyinə görə Qızıl Mükafatına layiq görülüb. Viator Mikrokredit Azərbaycan MMC-nin İdarə Heyəti Rəhbərlərinin rəsmləri Fransada dərc olunmuş Addari jurnalının üz qabığında da xüsusi yer alıb.




İCRAÇI RƏHBƏRLİKRUSLAN QARAYEV
İdarə Heyətinin Sədr Müavini / Maliyyə Meneceri

RUSLAN QARAYEV – 2005-ci ilin sentyabr ayında Dəliməmmədli filialı üzrə Filial Mühasibi kimi Viator Mikromaliyyə təşkilatında fəaliyyətə başlamış və Viator-un müxtəlif filiallarında eyni vəzifəni icra etmişdir. 2008-ci ildə Baş Ofisdə Baş Mühasib vəzifəsinə layiq görülmüşdür. Mühasibatlıq, audit və vergi sahəsindəki dərin biliyi və təcrübəsi sayəsində o, vəzifəsində ucalmış və 2012-ci ilin aprel ayında Maliyyə və İdarəetmə Meneceri vəzifəsinə təyin edilmişdir. Hal-hazırda ona iki vəzifənin icrası həvalə edilmişdir: Direktor Müavini və Maliyyə Meneceri.

O, 1997-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında (cari Azərbaycan Aqrar Universiteti) Mühəndis-iqtisadçı və menecmentlik ixtisasları üzrə Bakalavr dərəcəsini almışdır. Ruslan müəllim müxtəlif Beynəlxalq konfranslarda, yerli və xarici təlimlərdə, həmçinin Birləşmiş Krallıqda Maliyyə Analizi mövzusunda təlimində iştirak etmişdir. 2016-cı ildə o, Litvanın Vilnyus Gediminas Texniki Universitetində Beynəlxalq İqtisadiyyat və Biznesin idarəedilməsi üzrə Magistr dərəcəsini uğurla əldə etmişdir. Viator Mikrokredit təşkilatı ilə əməkdaşlığından əvvəl o, Azərbaycanın İncəsənət və Mədəniyyət Nazirliyində Mühasib kimi çalışmışdır.

Fransada BİD təşkilatı tərəfindən təşkil edilmiş Keyfiyyət Nominasiyasında Liderlik üzrə 21-ci Ulduz Mükafatına və eyni zamanda 100 Keyfiyyət Kriteriyalarına uyğun olaraq müasir biznes nailiyyətlərinə, əzm və liderliyinə görə Qızıl Mükafatına layiq görülüb.

Viator Mikrokredit Azərbaycan MMC-nin İdarə Heyəti Rəhbərlərinin rəsmləri Fransada dərc olunmuş Addari jurnalının üz qabığında da xüsusi yer alıb.




İCRAÇI RƏHBƏRLİKSEVİNC MƏMMƏDOVA
İdarə Heyətinin üzvü / Əməliyyatlar Şöbəsinin Müdiri

SEVİNC MƏMMƏDOVA – Viatordakı karyerasına 2008-ci ilin iyun ayından Dəliməmmədli filialında əməliyyatçısı vəzifəsindən başlayıb. Kassir, İnsan Resursları kimi fərqli vəzifələrdə çalışıb. 2013-cü ildə Gəncə filialına əməliyyatçı vəzifəsinə keçirilib. Peşəkarlığına, müsbət keyfiyyətlərinə, xüsusi təəssübkeş münasibətinə görə Sevinc xanım 2014-cü ildə Baş İdarəyə Daxili Audit şöbəsinə auditor vəzifəsinə seçilib. Bu vəzifədə o, yüksək performans və analitik bacarıqlarını nümayiş etdirdiyi üçün, 2015-ci ilin noyabrından Balakən filialının müdiri vəzifəsinə yüksəlib. 2017-ci ilin sentyabrndan isə Baş Ofisə Əməliyyat şöbəsinin Müdiri vəzifəsinə təyin edilib. 2017-ci ilin noyabrında İdarə Heyyətinin Üzvü seçilib.

Viator ilə əməkdaşlığından əvvəl, NHM təşkil etdiyi Beynəlxalq Mühasibatlığın Əsasları üzrə təlimlər verib. “SandP Training” Computer and English Courses-da kompüter müəlliməsi vəzifəsində çalışıb. Sevinc xanım GDU filologiya fakültəsini bitirib. Müxtəlif dil, mühasibatlıq, liderlik, biznesin inkişafı, İnsan Resursları və İnkişaf Proğramı Mikromaliyələşdirmə praktikasında Maliyə Analizi, Qazaxstanda risklərin idarə edilməsi və s. kimi təlimlərdə iştirak edib, müxtəlif sertifikatlar əldə edib.