Son yenilik:

Mikrokreditlər artıq daha əl çatan oldu!

Daha ətraflı

Dəyərli müştərilərimizin uğurlar qazanmasına kömək etmək daim ən başlıca öhdəliklərimizdən biridir.



Kredit ödənişi üsulları

Kredit ödənişi üsulları"MilliÖn" vasitəsi ilə kredit ödənişi
BOKT Viator Mikrokredit Azərbaycan-ın müştəriləri öz kreditlərini "MilliÖn" ödəniş terminalı vasitəsi ilə günün istənilən vaxtı ödəyə bilər.

MilliÖn ilə ödəniş necə edilməlidir ?
MilliÖN terminallarında “Bank xidmətləri”, daha sonra "Xalq Bank" bölməsini seçmək, sonra "Hüquqi şəxs" bölməsinə daxil olaraq açılmış xanaya "Müştəri kodu: 00085315"“VÖEN: 1400163551” daxil edilir. Sonra “İrəli” və yenidən “İrəli” düymələri basılır. Açılan Pəncərədə “Təsviri daxil et: müştərinin kredit nömrəsi və ad, soyad, ata adının yazmaqla (Fin kod əlavə edərək )” əsas məlumatların düz daxil edilməsinə əmin olduqdan sonra ödənilən məbləği terminala daxil etməklə ödənişi yekunlaşdırırıq.

Terminaldan çıxan qəbzi götürmək

Terminal üzərindən kredit ödənişi zamanı 1.18 % komissiya tutulur. Ödəniş real vaxt rejimində həyata keçirilir.

Diqqət!
Xahiş edirik nəzərə alasınız ki, qeyri-iş günləri və 17:00-dan sonra edilmiş ödənişlər növbəti iş günündə icra olunacaq.
Zədələnmiş və köhnə pullardan istifadə etməyin.
Daxil edilmiş pullar geri qaytarılmır.
Köşk qalıq qaytarmır.

MilliÖN terminalları gündəlik olaraq ölkə əhalisi tərəfindən istifadə olunur və insanların sıx toplaşdığı yerlərdə - metro stansiyalarında və yeraltı keçidlərdə, supermarketlərdə, ticarət, əyləncə və biznes mərkəzlərində, hava və dəniz limanlarında, dəmir yolu və avtovağzallarda, yanacaq doldurma məntəqələrində quraşdırılıb.

Diqqət! Ödəmə sitemi yalnız müştərinin seçdiyi kreditin valyutasını qəbul edir.




Kredit ödənişi üsulları"eManat" vasitəsi ilə kredit ödənişi
BOKT Viator Mikrokredit Azərbaycan - ın müştəriləri öz kreditlərini eManat ödəniş terminalı və vasitəsi ilə günün istənilən vaxtı ödəyə bilər.

eManat ilə ödəniş necə edilməlidir?

eManat terminallarında “Bank xidmətləri”, daha sonra "Xalq Bank" bölməsini seçmək, sonra
"Cari Hesaba Mədaxil" bölməsinə keçid etmək, daha sonra "Hüquqi şəxs və fərdi sahibkarlıq" bölməsinə daxil olaraq açılmış xanaya “Müştəri kodu: 00085315” yazaraq növbəti hissədə “VÖEN: 3551” yazmaqla “Seç“ pəncərəsindən “Ödəniş təyinatı” bölməsinə keçid edirik. Daha sonra müştərinin kredit nömrəsi və ad, soyad, ata adının yazmaqla (Fin kod əlavə edərək) əsas məlumatların düz daxil edilməsinə əmin olduqdan sonra ödənilən məbləği terminala daxil etməklə ödənişi yekunlaşdırırıq.
Terminaldan çıxan qəbzi götürmək.
"eManat" terminalları vasitəsi ilə kredit ödənişi mədaxil zamanı 0.60 % komissiya tutulacaq. Ödəniş real vaxt rejimində həyata keçirilir.

Diqqət!
Xahiş edirik nəzərə alasınız ki, qeyri-iş günləri və 17:00-dan sonra edilmiş ödənişlər növbəti iş günündə icra olunacaq.
Zədələnmiş və köhnə pullardan istifadə etməyin.
Daxil edilmiş pullar geri qaytarılmır.
Köşk qalıq qaytarmır.

Nəzərə çatdıraq ki, eManat terminalları gündəlik olaraq ölkə əhalisi tərəfindən istifadə olunur və insanların sıx toplaşdığı yerlərdə - metro stansiyalarında və yeraltı keçidlərdə, supermarketlərdə, ticarət, əyləncə və biznes mərkəzlərində, hava və dəniz limanlarında, dəmir yolu və avtovağzallarda, yanacaq doldurma məntəqələrində quraşdırılıb.

Diqqət! Ödəmə sistemi yalnız müştərinin seçdiyi kreditin valyutasını qəbul edir.