Son yenilik:

Mikrokreditlər artıq daha əl çatan oldu!

Daha ətraflı

Dəyərli müştərilərimizin uğurlar qazanmasına kömək etmək daim ən başlıca öhdəliklərimizdən biridir.



VİATOR HAQQINDA

VİATOR HAQQINDAVİATOR MİKRO MALİYYƏ AZƏRBAYCAN MMC – Azərbaycanın müxtəlif regionlarında kiçik iş adamlarını maliyyə imkanları ilə təmin edən və bununla da yeni iş imkanları əldə etmək, əmlak sahibi olmaq və həyat standartlarını yüksəltməkdə onları dəstəkləyən Qeyri-Bank Kredit Təşkilatıdır.

Təşkilat əsasən ənənəvi maliyyə müəssisələrindən kredit üçün yararlana bilməyən fərdi şəxsləri və fərdi şəxslərdən ibarət qrupları kiçik kreditlərlə təmin edir.

Təşkilatın əsası 1998-ci ilaprel ayında qoyulmuşdur və kiçik miqyaslı kredit vermə əməliyyatlarına 1999-cu il iyun ayında başlamışdır.

1999-cu il 19 noyabr tarixinə kimi təşkilat Viator Mikrokredit Təşkilatının Azərbaycan nümayəndiliyi kimi qeydiyyatdan keçmiş və həmin tarixda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmış və qanuni fəaliyyətə başlamışdır.

Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş nizamnamələrə əsasən təşkilat yalnız Azərbaycan Respublikası ərazisində kredit vermə əməliyyatlarını icra edə bilər. Mərkəzi Bank tərəfindən 29 fevral 2000-ci il tarixli lisenziyaya əsasən kredit vermə əməliyyatlarını həyata keçirmək mümkündür.

VİATOR HAQQINDA