Son yenilik:

Mikrokreditlər artıq daha əl çatan oldu!

Daha ətraflı

Dəyərli müştərilərimizin uğurlar qazanmasına kömək etmək daim ən başlıca öhdəliklərimizdən biridir.



1999-cu il 29 aprel tarixində Norveç Humanitar Təşkilatı (NHT) Gəncə Regionunda mikro kreditlərin verilməsi layihəsinə başlamışdır.
Layihə, əsas hissəsinin NorAd fondunun və digər hissəsinin Normisyon fondu tərəfindən təmin edilən ilkin qrant vasitəsilə həyata keçrilmişdir.Bu iş ilkin olaraq qanuni qurum qismində deyil, NHT-nın layihəsi kimi öz mövcudluğuna başladı.
Təşkilatın əsas prinsipi Azərbaycanda kiçik biznesin inkişafını dəstəkləmək və məcburi köçkünlərə, kiçik sahibkarlara və müharibə veteranlarına kömək etməkdən ibarət idi.
1999-cu ildə əsası qoyulmuş ilk filial Gəncə Filialı idi.
Viatorun inkişafının ilkin mərhələsinə İcraçı Direktor Norveç vətəndaşı Tor Knutsen rəhbərlik etmişdir.

30 dekabr 2002-ci il tarixində Viator Mikrokredit Azəbaycan (Viator) NHT-nın nəzdindən ayrılmış və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir.
Təşkilat kimi qeydiyyatdan keçmə və NHT-nın tərkibindən ayrılma Azərbaycanda baş vermiş bəzi hüquqi dəyişikliklər və qaydalardaki inkişaf ilə bağlı idi.

30 sentyabr 2003-cü il tarixində Viator 136-QB №-li lisenziya ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı (ARMB) tərəfindən qeydə alınmış və Norveç Humanitar Təşkilatının nəzdindən ayrılaraq, ayrıca təşkilat kimi fəaliyyətə başlamışdır.
Əməliyyatlar, Böyük Qafqaz dağlarının cənubunda, Azərbaycanın şimalında yerləşən Şəki şəhərinə kimi genişlənir.

Təşkilat xidmətlərinə görə YDMQ-un (Yoxsulları Dəstəkləyən Məşvərətçi Qrup) təsis etdiyi maliyyə şəffaflığı mükafatına layiq görülmüşdür.
2005-ci ilin ortalarına kimi fəaliyyətini genişləndirməyi davam etdirmək üçün qrantlarla işləmək Viator üçün kifayət idi. Ancaq həmin vaxtdan etibarən qrant maliyyəsi yetərli olmamağa başladı. Bu Viatoru digər maliyyə mənbələri axtarmağa məcbur etdi. Bu həm də Viatorda digər müsbət dəyişikliklərə səbəb oldu. Kommersiya məqsədli investorlar yüksək səviyyəli şəffaflıq tələb edir və Viatorda daha əvvəllər tədqiq edilməmiş əməliyyat sahələri üzrə yoxlanışlar aparırdılar.
2005-ci ilin ortalarından bəri Viator şəffaflığı, idarəetməni və daxili nəzarəti təkmilləşdirmək üzrə bir çox dəyişikliklər həyata keçirmişdir. Viator mühasibatlıq sistemlərini əsaslı şəkildə təkmilləşdirmişdir. Daxili nəzarət üzrə mütəxəsislər peşəkarcasına öz işlərinin öhdəsindən gəlirlər.
2005-ci ilin may ayından Viatorda yeni İcraçı Direktor Simon Bartlett öz fəaliyyətinə başlamışdır.

Viatorun iş dərəcəsi beynəlxalq dərəcə agentliyi (Mikrofinanza) tərəfindən qiymətləndirilmiş və bununla da Viator Azərbaycanda iş dərəcəsi ölçülən ilk mikro maliyyə müəssisəsi olmuşdur.
Viator öz fəaliyyətini daha da genişləndirmiş və Azərbaycanın Goranboy rayonunda yerləşən Dəliməmmədlidə yeni filialını açmışdır.

Viator öz əhatə dairəsini daha da genişləndirərək, Azərbaycan Respublikasının şimal-qərbində yerləşən Şəmkirdə yeni filialını açmışdır.

Viator öz fəaliyyətini genişləndirərək, Azərbaycanın Qazax şəhərində yeni filial açmışdır.

Viator 450.000 $ məbləğində ilk ticari kreditini Planet Maliyyədən almışdır.

Viator öz işini genişləndirərək, Gürcüstan və Rusiyanın arasında, Azərbaycanın şimal-qərbində yerləşən Balakəndə açmışdır.

Viator yeni İcraçı Direktoru filippinli, təcrübəli mikromaliyyə mütəxəsisi Cənab Vencent A. Abraham ilə əməkdaşlığa başlamışdır. Onun tərəfindən idarəetmə və sistemlərin mərkəzləşməsi, təşkilatın qayda və proseduralarının standartlaşdırılması kimi işlər görülmüşdür.
Ehtiyacı və bazarın tələblərini qarşılamaq üçün tərkibi yenilənmiş Kənd Təsərrüfatı Krediti, Kiçik Sahibkarlıq Krediti, Mikro Sahibkarlıq Krediti və Sosial Biznes Krediti mövcuddur.

Viator ölkənin şimal-qərbində yerləşən Ağdaş şəhərində yeni filialını açmışdır. Viator 3 proqrama yaratmışdır: Microfin proqramı - kredit məhsullarından istifadə edilməsi ilə bağlı proqram, FINLED Proqramı – işçi heyəti, müştərilər və tələbələr üçün Maliyyə Savadlılığı və Təhsili ilə bağlı proqram, CARE proqramı – ətraf mühitin qorunmasına dair layihə. Eyni zamanda “Viator Mikrokredit Azərbaycan” MMC Azərbaycanda ilk olaraq “Müştəri Hüquqlarının Qorunması üzrə Sertifikasiya” (-“SMART Campaign Client Protection Certification”) üçün müraciət etmişdir. “Viator Mikrokredit Azərbaycan” MMC 2014-cü ilin sentyabr ayında Qiymət Şəffaflığı nominasiyasının Şəffaflıq Möhürü ilə təltif edilmişdir. “Viator Mikrokredit Azərbaycan” MMC Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən İlin ƏN YAXŞI Üzvü adına layiq görülmüşdür. “Viator Mikrokredit Azərbaycan” MMC rüblük əsasda Bülletenini hazırlamağa başlamışdır. “Viator Mikrokredit Azərbaycan” MMC fəaliyyətinin 15 illiyini qeyd etmişdir.

Viatorda 2013-cü ilin mart ayından etibarən Direktor Müavini vəzifəsində çalışan Aynur Əliyeva 2015-ci ilin aprel ayından İdarə Heyərinin Sədri təyin edilib.
Aynur Əliyevanın idarə dövrü Bank sistemində iqtisadi çətinliklərin başladığı vaxta təsadüf edib. Buna baxmayaraq Aynur Əliyeva öz güclü xarakteri, maliyyə sahəsində olan bilik və təcrübəsindən istifadə edərək, mikromaliyyə sahəsində yenilikləri kəşf edib,onun həll yollarını tədqiq etməklə güclü liderlik nümayış etdirir.

Şirkət yeni Problemli Kreditlər üzrə Departament yaratdı. Hüquq Departamentinin genişləndirilərək nəzdində məhkəmə qərarları icra bölməsi şöbəsi yaradıldı.
Viator, CARE proqramı çərçivəsində ətraf mühit fəaliyyətlərini davam etdirdi. Tədqiqat və İnkişaf departamenti tərəfindən işçi heyəti və xüsusilə müştərilər üçün FINLED təlimi ilə bağlı bir çox tədris materialları hazırlanmışdır.
Viatorun İdarəetmə Menecmenti Berlində 12-ci İllik Qlobal Mikromaliyyə Forumunda iştirak etmişdir.
Viator İstehlak krediti adlı yeni kredit məhsulunu inkişaf etdirdi.
Viator Microcredit 2015-ci ildə “Düşün borc al” kompaniyasında iştiraka görə təşəkkür sənədi ilə mükafatlandırıldı.

Viator Mikrokredit Azərbaycan MMC Parisdə BİD təşkilatı tərəfindən təşkil edilmiş Keyfiyyət Nominasiyasında Liderlik üzrə 2-ci Ulduz və 100 Keyfiyyətli Nəzarət Kriteriyalarına uyğun olaraq müasir biznes nailiyyətlərinə, əzm və liderliyinə görə Qızıl Mükafatı kateqoriyasında Keyfiyyət Konvensiyasında Liderlik üzrə Beynəlxalq Ulduz mükafatına layiq görülmüşdür. İdarə Heyətinin Rəhbərlərinin rəsmləri Fransada dərc olunmuş "Addari" jurnalının üz qabığında yer almışdır.
Viator Microcredit Azerbaijan MMC 28 aprel 2017-ci il AMFA-nın 10 İllik Təltif Şam Ziyafətində “VIATOR MICROCREDIT müştəri hüquqlarının qorunması sahəsində ən yaxşı təşkilatdır” adlı mükafata layiq görüüb.
BİZZ dünyanın ən vacib biznes mükəmməlliyi mükafatı sayılır və WORLDCOB tərəfindən hər bir ölkədəki ən görkəmli şirkətlərə və iş adamlarına verilir. Sistemli şəkildə işləyən, yenilikçi, bilikli və uğurlu lider seçilən BOKT Viator Mikrokredit Azərbaycan MMC-yə DÜNYA MİQYASLI APARICI BİSNESİ və İdarə Heyətinin Sədri Aynur xanım Əliyevaya DÜNYA MİQYASLI APARICI İŞ ADAMI mükafatları təltif olunub.

Viatorun İdarə Heyəti Beynəlxalq Mikro Maliyyə Mərkəzi və Avropa Mikromaliyyə Şəbəkəsi tərəfindən 2018-ci ilin oktyabr ayında İspaniyanın Bilbao şəhərində keçrilmiş illik Mikromaliyyə Konfransında iştirak etmişdir.
Viator Mikrokredit, AMFA-nin təşkil etdiyi 9-cu Mikro Maliyyə Konfransında, fəaliyyəti üzrə şəffaflıq, keyfiyyət, etibarlılıq kimi amilləri inkişaf etdirdirdiyinə və MİX Market üzrə 4-cü yüksək səviyyəyə nail olduğuna görə 2017-ci ilin “Şəffaflıq Sertifikatına” layiq görülmüşdür.

2019-cu ilin mart ayında Hollandiyanın Amsterdam şəhərində Beynəlxalq maliyyə dünyasının ən böyük hadisələrindən biri olan Qlobal Mikromaliyyə Forumu keçirilmişdir. İdarə Heyətinin Sədri beynəlxalq Forumda çıxış etmişdir.- One of the biggest events in the international finance world, the 15th Global Microfinance Forum has been held in Amsterdam, the Netherlands, in March, 2019, The CEO of Viator Microcredit Azerbaijan - Aynur Aliyeva took part in that international forum and gave a professional speech on the Interactive Spotlight Session.
"Viator Mikrokredit Azərbaycan" MMC 2019-cu ilin may ayında fəaliyyətinin 20 illiyik yubiley tədbdirini qeyd etmişdir.- Viator Microcredit Azerbaijan LLC celebrated its 20th anniversary in May 2019.
İyun 2019, Kiyev, UkraynaDünya Bankı Qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyası (BMK), Viatorun liderlərini Regional Kredit Hesabatı Konfransına qatılmağa dəvət edib. Banko.az səhifəsində BOKT-lar haqqında Nizamnamə kapitalından ən yaxşı istifadə edən BOKT başlığı ilə statistik məqalə dərc edilib.
2017-2018-ci illərdə Azərbaycanda fəaliyyət göstərmiş və maliyyə hesabatını açıqlamış 36 bank olmayan kredit təşkilatı (BOKT) arasında nizamnamə kapitalından ən yaxşı istifadə edən BOKT-lar sırasında İllik mənfəətinin nizamnamə kapitalına nisbətinə görə 3-cü yerdə "Viator Mikrokredit Azərbaycan" (76,7%) qərarlaşıb.
4 oktyabr 2019-cu il tarixində AMFA-nın təşkil etdiyi “Mikromaliyyə Yol Kəsişməsində: Rəqəmsal Erada Dayanıqlı İnkişaf” mövzusuna həsr edilmiş 6-cı İnvestorlar Yarmarkasında, Viator Mikrokredit fəaliyyəti üzrə şəffaflıq, keyfiyyət, etibarlılıq kimi amilləri inkişaf etdirdirdiyinə və MİX Market üzrə 4 ulduz səviyyəyə nail olduğuna görə, 2018-ci ilin “Şəffaflıq Sertifikatına” layiq görülmüşdür.
Azərbaycan Mikromaliyyə Assosiasiyasının idarə heyətinin üzvü və Viatorun rəhbəri, xanım Aynur Əliyeva 27-28 noyabr 2019-cu il tarixlərində Sankt-Peterburq şəhərində Mikromaliyyə bazarının iştirakçıları Asssosiasiyası (NAUMİR) və Rusiya Mikromaiyyə Mərkəzi tərəfindən keçirilən “ Mikromaliyyə - yetkin qərarların verilmə vaxtıdır” adlı Rusiyanın 18-ci Milli Mikromaliyyə konfransında Assosiasiyamızı məruzəçi qismində təmsil etmişdir.

2-ci Qarabağ müharibəsi tariximizin ayrılmaz parçasıdır.
Viator müharibənin İlk günlərdən Vətən müharibəsi iştirakçıları üçün Silahli Qüvvələr fonduna ianə edib. II Qarabağ döyüşünün iştirakçıları ilə filiallar tərəfindən görüşlər təşkil edilərək dəstək göstərilib. Vətən müharibəsindəki şəhid müştərilərin və birinci dərəcəli qohumlarının borcları tam olaraq bağlaıb. Eyni zamanda müharibədə qazi olmuş əsgərlərin və birinci dərəcəli qohumlarının, həmçinin Gəncədə evinə raket düşərək zərər çəkən müştərilərin və birinci dərəcəli qohumlarının faiz dərəcələri silinib.

Müştərilərin rahatlığı VİATOR üçün hər zaman prioritet olduğunu əsas tutaraq 2021 ci ildə Balakən şəhərində fəaliyyət göstərən filialını tam təmirdən sonra yeni konsepsiya ilə müştərilərin istifadəsinə verdi. Artıq müştərilər daha rahat formada filialın xidmətlərindən yararlana biləcəklər.
2021 ci ildə AMFA tərəfindən BOKT VİATOR “İlin müştəri mühafizəsi təcrübəsinə malik qabaqcıl təşkilat” nominasiyası üzrə təltifə layiq görülmüşük.

Müştərilərin rahatlığını nəzərə alaraq 2022 - ci ildə Viator Gəncə Şəhərində fəaliyyət göstərən filialını və eyni zamanda Şəki şəhərində fəaliyyət göstərən filialını tam təmirdən sonra yeni konsepsiya ilə müştərilərin istifadəsinə verdi.

2023 - cü ildə Viator Mikrokredit Azərbaycan MMC olaraq təqdim olunmuş dörd AMFA mükafatı nominasıyası üzrə ikisinə “ İlin məhsul yeniliyi üzrə qabaqcıl Mikromaliyyə institutu ” və “ Maliyyə inklüzivliyini dəstəkləyən qabaqcıl Mikromaliyyə institutu ” nominasiyalarına layiq görülmüşük. Eyni zamanda Viator Mikrokredit Azərbaycan MMC - nin maliyyə dəstəyi ilə, Gəncə Gənclər evinin və Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş rəsm müsabiqəsininin təşkili həyata keçirilmişdir.