Son yenilik:

Mikrokreditlər artıq daha əl çatan oldu!

Daha ətraflı

Dəyərli müştərilərimizin uğurlar qazanmasına kömək etmək daim ən başlıca öhdəliklərimizdən biridir.



Weathering the Storm II

Weathering the Storm II - dörd qitənin 14 ölkəsindən müxtəlif böhranla üzləşən 16 beynəlxalq maliyyə təşkilatının təcrübələrini özündə birləşdirən maliyyə anlayışıdır.
Bank olmayan Kredit Təşkilatı “Viator Mikro Kredit Azərbaycan” MMC son beş ildə müxtəlif çətinliklərdən və maliyyə böhranından çıxmağı bacaran şirkətlərdən biri kimi seçilərək, beynəlxalq vebinarda iştiraka dəvət almışdır.

Bununla bağlı, Viator komandasının Rəhbəri böhranlarla necə mübarizə aparmaq, şirkəti böhrandan əvvəlki vəziyyətinə qayıtmaq, şirkəti necə idarə etmək lazım olduğunu, öz dəyərli təcrübəsini dünya ilə bölüşmək üçün Avropa Mikromaliyyə Platforması tərəfindən onlayn veb-seminara dəvət edilmişdir.

İcraçı Direktor Aynur Əliyeva, devalviasiya, COVID-19 pandemiyası, ölkədəki müharibə kimi müxtəlif çətinliklərin öhdəsindən gəlmək yolları, şirkətini və komandasını böhrandan çıxardığı və idarə etdiyi maliyyə alətləri haqqında öz zəngin təcrubəsini paylaşmışdır. Həmin vəziyyətdə digər banklar və bank olmayan maliyyə qurumları kredit verməyi dayandırdı və qeyri-müəyyən müddətə fəaliyyətlərini dondurduğu halda Viator kreditləşməyə davam etdi.

Maliyyə bilikləri ilə yanaşı, CEO, böhranın mənəvi tərəfinin mənfi duyğularının öhdəsindən gəlmək və maliyyə problemləri zamanı səssiz və sabit qalmağın əhəmiyyətli olduğunu vurğulamışdır.

Vebinar iştirakçıları üçün Viator CEO-sunun müxtəlif iqtisadi məsələlərin öhdəsindən gəlmək üçün yeni maliyyə metodları ilə tanış olmaq faydalı və dəstəkləyici bir dərs oldu.