Son yenilik:

Mikrokreditlər artıq daha əl çatan oldu!

Daha ətraflı

Dəyərli müştərilərimizin uğurlar qazanmasına kömək etmək daim ən başlıca öhdəliklərimizdən biridir.



Viator Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş rəsm müsabiqəsini açıq elan edir

Viator Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş rəsm müsabiqəsini açıq elan edirViator Mikrokredit Azərbaycan Gəncə Gənclər Evinin dəstəyi iə Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş rəsm müsabiqəsini açıq elan edir. Özünə güvənən 13 – 21 yaşlı yeniyetmələr və gənclər bu müsabiqədə iştirak etmə imkanına malikdir. İlk mərhələdə iştirakçılar çəkdikləri rəsmləri təqdim olunmuş ünvanına gətirəcəklər. Müstəqil ekspertlər tərəfindən rəsimlər incələndikdən sonra 10 ən yaxşı rəsm seçiləcək və yenidən təqdim olunan rəsmlərin çəkilməsi üçün iştirakçılar Gəncə Gənclər Evinə dəvət olunacaqdır. Hər iştirakçıya 3 saat rəsmin çəkilməsi üçün vaxt veriləcəkdir. Son mərhələdə isə hər iştirakçıya müxtəlif növ hədiyyələr və ilk dörd yeri tutan şəxslərə pul mükafatı təqdim olunacaqdır.

1 – ci yer 500 azn.
2 – ci yer 300 azn.
3 – cü yer 200 azn.
4 – cü yer 100 azn.


Müsabiqənin şərtləri aşağıdakı kimidir:
Çəkiləcək rəsm yalnız Ümummilli Lider Heydər Əliyevin həyat və yaradıcılığı ilə bağlı olmalıdır.
Rəsmin hazırlanması üçün növlər: qələmlə, yağlı boya ilə, sulu boya və dekorativ şəkildə hazırlana bilər.
Birinci mərhələ (rəsmin təqdim olunma mərhələsi): 1-15 iyun.
İkinci mərhəlyə 10 ən yaxşı rəsm çəkən şəxslər dəvət olunacaqlar. Hər iştirakçıya rəsmin çəkilməsi üçün məkan və vaxt barədə məlumat veriləcəkdir.

Rəsmin təqdim ediləcəyi ünvan:
Gəncə şəhəri, N.Nərimanov pr-ti 130 (Viator Mikrokredit Azərbaycan) və ya 28 may küçəsi, 34 (Gəncə Gənclər Evi).
Əlaqə nömrəsi: 055 300 48 58