Son yenilik:

Mikrokreditlər artıq daha əl çatan oldu!

Daha ətraflı

Dəyərli müştərilərimizin uğurlar qazanmasına kömək etmək daim ən başlıca öhdəliklərimizdən biridir.



Heydər Əliyev və Azərbaycan sahibkarlığının inkişafı

25 aprel 2023 – cü il tarixində Azərbaycan Respublikasında qeyd olunan Sahibkarar günü münasibəti ilə Gülüstan sarayında “Heydər Əliyev və Azərbaycan sahibkarlığının inkişafı” mövzusinda konfrans keçirilmişdir.

Bu möhtəşəm tədbirdə “BOKT Viator Mikrokredit Azərbaycan” MMC - nin İdarə Heyyətinin sədri, AMFA – Müşahidə Şurasının üzvü Aynur Əliyeva və Lütfəli Zeynalovda iştirak etmişdirlər.

Tədbir proqramında Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi cənab Xalid Əhədov, Azərbaycan Respublikasının İqtisadiyyat naziri cənab Mikayıl Cabbarov, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Sahil Babayev, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Bahar Muradova, Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin müavini cənab Sahib Ələkbərov, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyyətinin sədri cənab Orxan Məmmədov, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatının Milli Konfederasiyasının prezienti cənab Məmməd Musayev, “Azərsun Holdinq” in prezidenti cənab Abdulbari Gözaal və “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri, Azərbaycan Banklar Assosiasiyasının prezidenti cənab Zakir Nuriyev çıxış etmişdirlər.
Tədbirdə xüsusi qonaq kimi Ulu Öndər Heydər Əliyevin hər zaman rəğbət bəslədiyi müğənni, Azərbaycan Respublikasının xalq artisti Niyaməddin Musayev dəvət olunmuşdur. Niyaməddin Musayevin ifaları və Heydər Əliyev haqqıda xatirələri xüsusi maraqla qarşılanmışdır.

Eyni zamanda “Əbədiyyətin ilk Əsri. Heydər Əliyev 100” filmi içtimayətə təqdim olunmuş və Heydər Əliyevin həyat və yaradıcılığı barədə foto sərgi nümayiş olunmuşdur.

Heydər Əliyev və Azərbaycan sahibkarlığının inkişafıHeydər Əliyev və Azərbaycan sahibkarlığının inkişafıHeydər Əliyev və Azərbaycan sahibkarlığının inkişafıHeydər Əliyev və Azərbaycan sahibkarlığının inkişafıHeydər Əliyev və Azərbaycan sahibkarlığının inkişafıHeydər Əliyev və Azərbaycan sahibkarlığının inkişafıHeydər Əliyev və Azərbaycan sahibkarlığının inkişafıHeydər Əliyev və Azərbaycan sahibkarlığının inkişafı