Son yenilik:

Mikrokreditlər artıq daha əl çatan oldu!

Daha ətraflı

Dəyərli müştərilərimizin uğurlar qazanmasına kömək etmək daim ən başlıca öhdəliklərimizdən biridir.



Viatorun sayəsində yeni mebel emalatxanası

Viatorun sayəsində yeni mebel emalatxanasıFaiq Məmmədov fəaliyyətinə kiçik Viator krediti ilə başlamışdır. Hal-hazırda o, dörd işçisi ilə mebel təmiri emalatxanasınasına malikdir və biznesini davam etdirir.

Faiq Rasim oğlu Məmmədov deyir: “İlk dəfə 2005-ci ildə Viatora kredit üçün müraciət etdim. Evimdə kiçik bir otaqda (10m2) köhnə mebelləri təmir edirdim. Kredit götürdükdən sonra yumşaq mebel dəstləri hazırlamağa başladım. Dörd il sonra 2010-cu ildə öz gəlirim və başqa bir kredit ilə Türkiyədən ilk mebel dəzgahımı aldım və yeni növ mebel istehsal etməyə başladım.” Həmin il Məmmədov üç işçi tutur. Növbəti ildə işçilərin sayı artır. “Hal-hazırda Adil İsgəndərov küçəsində 140m2 sahəsi olan emalatxana kirayə tutmuşam. Yüksək keyfiyyətli yataq, mətbəx və ofis mebelləri hazırlamaq üçün bəzi yeni avadanlıqlar almışam. Biznes kreditlərinə görə Viatora minnətdaram.

Hörmətlə yanaşılır.

“Viatorun sayəsində yeni mebel emalatxanası”

“Ümumiyyətlə Viator kiçik və orta sahibkarlara kredit şərtləri və xidmət səviyyəsi ilə çox sərfəlidir. Viator əməkdaşları müştərilərə qarşı kobudluq və laqeydlik kimi hallara əsla yol vermirlər. Onlar həmişə bizim istəklərimizə hörmətlə yanaşmış və biz daim onlardan diqqət görmüşük. Əlavə etmək istərdim ki, ödənişlərdə gecikmələr zamanı onlar nəzakətlidirlər. Əlbət ki, heç bir müştəri kredit ödənişlərində gecikmələri olmasını istəməz, ancaq bəzən belə hallar baş verir,” deyə Məmmədov Viatorla bağlı öz təcrübəsindən bəhs edir və gələcəkdə Viator ilə uzun müddətli əməkdaşlıq etmək istədiyini bildirir.


Əksər müştərilərimiz kimi Məmmədov Faiq kreditlərindən düzgün istifadə etdi və biznesində uğurlar qazandı.