Son yenilik:

Mikrokreditlər artıq daha əl çatan oldu!

Daha ətraflı

Dəyərli müştərilərimizin uğurlar qazanmasına kömək etmək daim ən başlıca öhdəliklərimizdən biridir.



Kredit Yerli Fermerin Maddi Sərbəstlik Yolunu Açdı

“Viatorun krediti mənim biznesim üçün çox yararlı oldu,” gəncəli fermer belə deyir.

Yerli fermer Ədalət Sarıyev Azərbaycanın şimal-qərbində yerləşən Gəncə şəhərində yaşayır. O, 2007-ci ildə Viator Mikrokredit Azərbaycan təşkilatından 450$ ilk kreditini götürür.Sarıyevin məqsədi kiçik heyvandarlıq biznesini yaxşılaşdırmaq idi. O, bu işə iki inəklə başladı və onların südünü gəlir əldə etmək üçün satdı. Sonra o,mal-qara saxlanılan yerini böyütdü və digər bir kreditlə üç inək daha aldı. Kredit ödənişlərini süd satışından gələn gəlir ilə edirdi. Maddi vəsaitlərindən ağıllı istifadə edərək, hər bir kreditdən düzgün istifadə etdi, biznesini inkişaf etdirdi və maddi cəhətdən sərbəstliyə nail oldu.

Əhəmiyyətli irəliləyişdir.

“Mən həmişə inək və buzov almağı planlaşdırardım. Əlbət ki, indi artan gəlirim və topladığım vəsait ilə mən daha yaxşı inək və buzov ala bilərəm. Bu gəlir ilə mənim maddi durumum yaxşılaşdı,” deyə Sarıyev bildirir. O, hazırda 31 danadan ibarət özəl fermaya sahibdir və uğurunu Viatora etibar edir. “Viatorun krediti mənim biznesim üçün çox faydalı oldu. Bu səbəbdən mən dəfələrlə Viatordan kredit götürdüm və biznesimi böyütdüm. Hazırda biznesimdən yaxşı gəlir əldə edirəm. Viatorun kredit xidmətindən çox razıyam. Viatorun fəal müştərilərdindən biriyəm və hər zaman Viatorun kreditinə bel bağlayıram,” deye Sarıyev bildirir.

Bizneslərinin inkişafı uğrunda Viator Ədalət Sarıyev kimi müştərilər üçün etibarlı əməkdaş olmağından qürur hissi duyur.

Kredit Yerli Fermerin Maddi Sərbəstlik Yolunu AçdıKredit Yerli Fermerin Maddi Sərbəstlik Yolunu Açdı