Son yenilik:

Mikrokreditlər artıq daha əl çatan oldu!

Daha ətraflı

Dəyərli müştərilərimizin uğurlar qazanmasına kömək etmək daim ən başlıca öhdəliklərimizdən biridir.



Kredit vasitəsi ilə iş proqresi

"Rafayil Rizvan oğlu Yunusovun uğur hekayəsi”

RAFAYİL RİZVAN OĞLU YUNUSOV – hazırda Şəki Filialının müştərisidir və Şəkidə Birinci Biləcik kəndində yaşayır. O, 2007-ci ildən bəri Viator Mikromaliyyə Azərbaycan MMC-nin Şəki Filialının müştərisidr. O, kənd təsərrüfatı sahəsindəki biznesini yaxşılaşdırmaq,heyvandarlıq sahəsi üzrə inkişaf əldə etmək üçün ilk kreditini 2007-ci ildə götürmüşdür. Biznes plana əsaslanaraq, o, kredit müddəti ərzində hədəflərinə nail olmuş və götürdüyü pula planlaşdırıldığı kimi inək almışdır. Kredit yoxlanışı zamanı kredit sayəsində onun inəyi, danası və buzovunun olması təsdiqlənmişdir


Müştəri krediti planlaşdırıldığı kimi istifadə etmiş, ödənişlərini vaxtında həyata keçirmiş və ilk kreditdən yararlandığına görə yenidən kredit üçün müraciət etmişdir.

SİZİN UĞURUNUZ BİZİM İŞİMİZDİR - Müştəri ikinci kreditdən də səmərəli istifadə etmişdir. Onun biznesi inkişaf etdiyindən, o, yenidən inək almaq üçün kredit götürmüş və nəticədə iki inək və iki buzova sahib olmuşdur. Müştəri Şəki Filialının kredit xidmətlərindən çox razıdır. Müştəri biznesini böyüdə bilmişdir. Müştərinin bildirdiyinə görə kredit onun çox işinə yaramışdır. Biznesinin inkişafı sayəsində onun ailəsindəki maddi çətinliklər yox olmuş və işlər qaydasına düşmüşdür. Müştəri hazırda Şəki Filialı ilə əlaqəni kəsmir. O, öz biznesinə bir inək, bir buzov və bir dana ilə başlamış, indi isə yeddi inək, iki dana və üç buzova malik biznes sahibidir. Müştəri bu müddət ərzində biznesini inkişaf etdirmiş və böyük heyvandarlıq fermasına sahib olaraq, heyvandarlıq üzrə biznes ilə məşğul olur.


Rafayıl Yunusov sonda qeyd edir ki, Viator Mikrokredit Azərbaycan MMC Şəki Filialından götürdüyü kreditlər vasitəsilə o, biznesini yaxşılaşdırmış və elə inkişaf etmişdir ki, daim Şəki Filialının rolunu qeyd edir və dəstəyə görə Şəki Filialına öz minnətdarlığını bildirir.

Kredit vasitəsi ilə iş proqresiKredit vasitəsi ilə iş proqresi