Son yenilik:

Mikrokreditlər artıq daha əl çatan oldu!

Daha ətraflı

Dəyərli müştərilərimizin uğurlar qazanmasına kömək etmək daim ən başlıca öhdəliklərimizdən biridir.



Kənd Təsərrüfatı – İstixana fəaliyyəti

İsgəndərov Rövşən Qəhrəman oğlu Şəmkir Rayonunun Qaracamirli kəndində yaşayır. Ailəlidir və iki övladı var.

İlk dəfə 2006-ci il tarixdə Viator Mikrokreditə maliyyə dəstəyi üçün müraciət edərək 200 ABŞ dolları məbləğində kredit götürmüş və özünün 5 sot olan istixana biznesinə maliyyə dəstəyi etmişdir. Qeyd olunan tarixdən bu günədək Rövşən İsgəndərov Viator Mikrokreditin 6 - cı dövr müştərisidir. Sonuncu kredit müraciəti 23.12.2022 - ci il tarixində 5000 azn məbləğ üçün olmuşdur. Götürdüyü kreditlərin köməyi ilə o öz biznesini genişləndirərək 16 sot müasir tipli istixana biznesinə çatdırmışdır. Həmçinin Rövşən Viator Mikrokreditdən aldığı maliyyə dəstəyi ilə öz biznesində yeni iş yerləri yaratmışdır. Yaranmış yeni iş yeri hesabına daimi 5 nəfər işlə təmin olunmuşdur. Bu da hazırda prezidentimizin ölkədə neft sektorundan asılılığı aradan qaldırılması və yeni iş yerlərinin, ölkədə ərzaq bolluğunun yaradılması üçün yürütdüyü siyayətin bir hissəsi kimi qiymətləndirmək olar.

Viator Mikrokredit olaraq Rövşən kimi sahibkarların timsalında digər müştərilərimizə də layiqli xidmət göstərməyi özümüzə vəzifə borcu hesab edirik.

Kənd Təsərrüfatı – İstixana fəaliyyətiKənd Təsərrüfatı – İstixana fəaliyyətiKənd Təsərrüfatı – İstixana fəaliyyəti