19 aprel 2024-cü il tarixində Bank Olmayan Kredit Təşkilatı “Viator Mikrokredit Azərbaycan” MMC-nin fəaliyyətinin 25 ili tamam oldu. Bu münasibət ilə təsisçilərimizi, işçi heyətimizi və müştərilərimizi ürəkdən təbrik edirik. Fəaliyyətimiz 1999-cu ildə başlamışdır və 25 ildən sonra Viator Microcredit Azərbaycan MMC Azərbaycanın aparıcı maliyyə institutlarından biri kimi inamla addımlamağa davam edir. Fəaliyyətinin 25 ili ərzində Viator MKA 190 000 müştəriyə 250 000 000 azn dən artıq vəsaitlə maliyyə xidməti göstərmişdir. Müştərilərimizə sadiq qalaraq biz bu illər ərzində onlar üçün ən yaxşı xidməti göstərmək naminə bir çox məhsullar yaratmışıq ki, bu da öz növbəsində Viatoru Azərbaycanda etibarlı mikromaliyyə müəssisəsi mövqeyinə ucaltmışdır. Viator Mikrokredit Azərbaycan MMC olaraq 25 il birlikdə çiçəkləndik.