2015-ci ildə ölkədə iqtisadi böhran başlayanda rəhbərlərin müdrik siyasəti və Viator komandasının birliyi nəticəsində maliyyə böhranından çıxmağı bacaran Viator komandası 2019-cu ildə 20 illik yubileyini qeyd etdi.
Korporativ tədbir Ramada Plazada təşkil olunub. Tədbirdə Şirkətin əməkdaşları, xarici və yerli qonaqlar, tərəfdaş təşkilatlar, investorlar və icraçı nümayəndələr iştirak ediblər.
Korporativ tədbir iki hissədən ibarət olub. Rəsmi hissədə ilk olaraq çıxış edən İdarə Heyətinin sədri Aynur Əliyeva qonaqları salamladı və Viatorun bu illər ərzində gördüyü işlər haqqında məlumat verdi. Sonra Viator şirkətinin təsisçisi çıxış edib.
Təsisçinin çıxışından sonra filialların iştirakı ilə Viatorun tarixini əks etdirən videoçarxlar, xarici və yerli qonaqların çıxışları və təbrikləri nümayiş etdirilib. İkinci hissədə “Viator”un təsisçisi və İdarə Heyətinin sədri tort kəsməklə açılış mərasiminə başlayıb və qonaqlar Gəncə Kamera Orkestrinin müşayiətindən həzz alıblar.