22 Oktyabr 2021-cil Cümə günü tarixində AMFA-nın 13-cü İllik Təltif Şam Ziyafəti keçirilmişdir. Tədbirdə Mərkəzi Bank, Kənd Təsərrüfatı nazirliyi, Azərbaycan Sahibkarlar Konfederasiyası, Azərbaycan Banklar Assosiasiyası, bank və bank olmayan kredit təşkilatları və mikromaliyyə sektorunda xidmət göstərən müxtəlif yerli və beynəlxalq təşkilatların nümayəndələri olmaqla cəmi 55 nümayəndə iştirak etmişdir. Tədbirin əsas məqsədi maliyyə qurumları və partnyor təşkilatları arasında əlaqələri möhkəmləndirmək, sektorda qabaqcıl təşkilatların təcrübələrini bölüşmək və 3 kateqoriya üzrə ən qabaqcıl təşkilatları mükafatlandırmaqdan ibarət idi. Mükafatla təltif olunmuş təşkilatlar aşağıdakılardır: 1. İlin filialsız təcrübəyə malik qabaqcıl təşkilatı – FİNCA Azərbaycan 2. İlin rəqəmsal alətinin ən yaxşı tətbiq edən qabaqcıl təşkilatı –Paşa Bank 3. İlin müştəri mühafizəsi təcrübəsinə malik qabaqcıl təşkilatı – Viator Mikrokredit
Weathering the Storm II - dörd qitənin 14 ölkəsindən müxtəlif böhranla üzləşən 16 beynəlxalq maliyyə təşkilatının təcrübələrini özündə birləşdirən maliyyə anlayışıdır.
Bank olmayan Kredit Təşkilatı “Viator Mikro Kredit Azərbaycan” MMC son beş ildə müxtəlif çətinliklərdən və maliyyə böhranından çıxmağı bacaran şirkətlərdən biri kimi seçilərək, beynəlxalq vebinarda iştiraka dəvət almışdır. Bununla bağlı, Viator komandasının Rəhbəri böhranlarla necə mübarizə aparmaq, şirkəti böhrandan əvvəlki vəziyyətinə qayıtmaq, şirkəti necə idarə etmək lazım olduğunu, öz dəyərli təcrübəsini dünya ilə bölüşmək üçün Avropa Mikromaliyyə Platforması tərəfindən onlayn veb-seminara dəvət edilmişdir. İcraçı Direktor Aynur Əliyeva, devalviasiya, COVID-19 pandemiyası, ölkədəki müharibə kimi müxtəlif çətinliklərin öhdəsindən gəlmək yolları, şirkətini və komandasını böhrandan çıxardığı və idarə etdiyi maliyyə alətləri haqqında öz zəngin təcrubəsini paylaşmışdır. Həmin vəziyyətdə digər banklar və bank olmayan maliyyə qurumları kredit verməyi dayandırdı və qeyri-müəyyən müddətə fəaliyyətlərini dondurduğu halda Viator kreditləşməyə davam etdi. Maliyyə bilikləri ilə yanaşı, CEO, böhranın mənəvi tərəfinin mənfi duyğularının öhdəsindən gəlmək və maliyyə problemləri zamanı səssiz və sabit qalmağın əhəmiyyətli olduğunu vurğulamışdır. Vebinar iştirakçıları üçün Viator CEO-sunun müxtəlif iqtisadi məsələlərin öhdəsindən gəlmək üçün yeni maliyyə metodları ilə tanış olmaq faydalı və dəstəkləyici bir dərs oldu.