Əlamətdar Tədbirlər





Bu il Viatorun fəaliyyətinin 24 ili tamam oldu.

Mikromaliyyə fəaliyyəti dövründə işçi heyyətinin maariflənməsi, inkişafı üçün peşəkarlıq səviyyəsinin daim artırılması strategiyası Viatorun rəhbərlərinin öndə gedən prioritetlərindən biridir. İşçilərin professional bacarıqlarını inkişaf etdirmək, insanlara yardım edərək öz fəaliyyət sahəsində güclü lider, rəhbər və menecer olmalarına yardım etmək, qarşılıqlı etimad, komandada işləmək bacarıqlarını inkişaf etdirmək məqsədini əsas tutaraq, bu gün Viator komandası ilə birgə fəaliyyətinin 24 ilini geridə qoydu və inamla irəliyə addımlayır.







2015-ci ildə ölkədə iqtisadi böhran başlayanda rəhbərlərin müdrik siyasəti və Viator komandasının birliyi nəticəsində maliyyə böhranından çıxmağı bacaran Viator komandası 2019-cu ildə 20 illik yubileyini qeyd etdi. Korporativ tədbir Ramada Plazada təşkil olunub. Tədbirdə Şirkətin əməkdaşları, xarici və yerli qonaqlar, tərəfdaş təşkilatlar, investorlar və icraçı nümayəndələr iştirak ediblər.


Korporativ tədbir iki hissədən ibarət olub. Rəsmi hissədə ilk olaraq çıxış edən İdarə Heyətinin sədri Aynur Əliyeva qonaqları salamladı və Viatorun bu illər ərzində gördüyü işlər haqqında məlumat verdi. Sonra Viator şirkətinin təsisçisi çıxış edib. Təsisçinin çıxışından sonra filialların iştirakı ilə Viatorun tarixini əks etdirən videoçarxlar, xarici və yerli qonaqların çıxışları və təbrikləri nümayiş etdirilib. İkinci hissədə “Viator”un təsisçisi və İdarə Heyətinin sədri tort kəsməklə açılış mərasiminə başlayıb və qonaqlar Gəncə Kamera Orkestrinin müşayiətindən həzz alıblar.


Viator ötən illərin mikromaliyyə fəaliyyətini əks etdirən 2004-cü ildə 5 illiyini və 2014-cü ildə 15 illik yubileyini uğurla qeyd etdi. Yubileydə Norveç səfiri, İdarə Heyətinin üzvləri, xarici və yerli qonaqlar iştirak ediblər