TƏLİMLƏR
Sürətlə dəyişən maliyyə sektorunda yeniliklərdən daim məlumatlı olmaq və bunu işimizdə tətbiq etmək məqsədi ilə 11 noyabr 2022-ci il tarixində BOKT "Viator Mikrokredit Azərbaycan" MMC-nin İnsan Resurslarının İnkişafı Proqramının tərəfindən kredit əməkdaşları üçün "Kreditləşmə zamanı əmsalların hesablanması" mövzusunda Zoom Platforması vasitəsi ilə online təlim keçirilmişdir.
"Viator" Mikrokreditin İdarə Heyətinin Sədrinin təşəbbüsü sayəsində İnsan Resurslarının İnkişafı Departamentinin və Əməliyyatlar Departamentinin birgə əməkdaşlığı ilə Viator komandasının inzibati heyəti üçün peşəkar fəaliyyət səviyyəsinin yüksəldilməsi, əməliyyatlar zamanı çevik və effektiv operativliyin təmin edilməsi, həmçinin iş prosesində məhsuldarlığın təkmilləşdirilməsi məqsədi ilə 2021-ci ilin dekabr ayında "Kargüzarlıq, Risqlərin idarə edilməsi,
Müasir idarəetmə metodları, Maliyyə qrumları arasında əməkdaşlıq, hüquqi sahədə sənədləşmələr və s. mövzularda Şəmkir şəhərində Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən Şəmkir-Gədəbəy Kiçik və Orta Biznesin (KOB) İnkişafı Mərkəzində təlimlər keçrilmişdir. Təlimdə Viatorun işçi heyəti ilə bərabər Şəmkirdə fəaliyyət göstərən bir neçə maliyyə qurumlarından da nümayəndələr də iştirak edirdilər.

BOKT "Viator Mikrokredit Azərbaycan" MMC-nin Təlim Mərkəzinin təşkilatçılığı ilə Biznesin Araşdırılması və Təhlili mövzusunda 10 iyun 2021-ci il tarixində onlayn təlim keçrilmişdir. Təlimin əsas məqsədi Müraciət və təhlil formasında edilmiş dəyişikliklər və risklərlə bağlı əlavələrin müzakirə mövzusu idi. Təlim zamanı filial rəhbərləri və kredit mütəxəssisləri ilə kreditləşmə zamanı müştərilərimizə daha rahat və anlayışlı xidmət təklif edə bilmək üçün peşəkar yanaşma müzakirə olunmuşdur.
Mikro maliyyə və idarəetmə sahələrində insan resurslarının qlobal səviyyədə peşəkar olması, onları təlimləndirib, inkişaf etdirmək məqsədilə təşkilat 25-26 may, 2013-cü il tarixində Təlim Departamentinin İnsan Resursları İnkişaf Proqramı (İRİP) vasitəsilə “Planlaşdırma və Büdcə Planlaması” mövzusunda təlim təşkil etmişdir. İsmayıllı rayonunda “Qaya” oteldə təşkil edilmiş iki günlük təlimdə bütün Departament Rəhbərləri, Filial Rəhbərləri və Filial Mühasibləri iştirak etmişdir. Azərbaycanın ən böyük kommersiya banklarından biri olan Dəmir Bankın hazırkı Maliyyə Direktoru və planlaşdırma və büdcə planlaması mövzusunda ekspert olan Zülfiyyə Cəfərova iki günlük təlimdə qonaq spiker və fasilitator qismində iştirak etmişdir.
“Bu təlim təşkilatın inkişafının ciddiliyinin və iş icrasının əhəmiyyətini göstərir, çünki inkişaf insan resurslarından asılıdır və bu təlim çox xərc tələb etməzsə də insan qaynaqlarına qoyulmuş kapitaldır. Hər bir kapital qoyuluşunda onun geri nəticələri tələb olunur və bu təlimin nəticəsi insan resurslarının bacarıqlarının və peşəkarlığının inkişafıdır. Bu isə təşkilatın inkişafına öz təsirini göstərəcək,” deyə İcraçı Direktor Vencent Abraham bildirmişdir.
Planlaşdırma və Büdcə Planlaması Təliminin məqsədləri aşağıdakılardır:
•Təkmilləşmə təşəbbüsünü qiymətləndirmək
•Filial və departament əməliyyatları üçün strateji və operativ hədəflər müəyyən etmək
•Hədəflərə nail olunması üçün işlər görmək və layihələri davam etdirmək üçün tədbir və göstəricilər müəyyən etmək
•Layihələr və digər fəaliyyətlər üçün iş icrasına əsaslanan planlar qurmaq
•Planlar və büdcələr arasındakı əlaqəni təsvir etmək
•Departament/filial əməliyyatları üçün anlaşılan büdcə qurmaq
•Plan və büdcəyə qarşı iş icrasını qiymətləndirmək
•Planlaşdırma və büdcə planlamasına mərkəzləşmiş, iş icrasına yönəlmiş mənfəəti təsvir etmək
•Planlaşdırma və büdcə planlaması ilə bağlı ümumi səhvlərdən yayınmaq
“Təlim biz filial rəhbərləri üçün çox faydalı oldu, çünki bu bizə bacarıqlarımızı təkmilləşdirməyə kömək edəcək. Biz spikerdən praktiki dərslər aldıq. Biz bu dərslərdən istifadə edərək, filial büdcəsini tərtib edəcəyik,” deyə Şəki Filial rəhbəri Rizvan Rəsulov bildirmişdir.
“Planlaşdırma və Büdcə Planlaması Təlimi” təşkilatın öz əməkdaşlarına təklif etdiyi yalnız təlimlərdən biridir, çünki bu il təşkilat insan qaynaqları üçün bacarığa əsaslanan təlim üçün proqramı müəyyən etmişdir. Bu İcraçı Direktorun gündəliyində duran ən vacib məsələlərdən biridir.