Ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu


Bildiyiniz kimi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi (Nazirlik), Azərbaycan Respublikasının Mərkəzi Bankı (Mərkəzi Bankı), Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası arasında 13 mart 2023-cü il tarixində “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü münasibəti ilə ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu”u imzalanmışdır.

Bununla əlaqədar olaraq, maliyyə sisteminin nümayəndələrinin iştirakı ilə 15 mart 2023 cü il tarixində Müşviqadab qəsəbəsində ağac əkmə kampaniyası baş tutmuşdur. 2023-cü ildən başlayaraq 10 il ərzində hər il 100 000 (yüz min) ağac olmaqla, ümumilikdə 1 000 000 (bir milyon) ağacın əkilməsi növbəti tədbirlər siyahısındadır.

Ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu