Alternativ maliyyə bazarlarının Azərbaycanda inkişaf perspektivləri
BOKT “Viator Mikrokredit Azərbaycan” MMC - nin İdarə Heyyətinin Sədri Aynur xanım Əliyeva 02 mart 2023-cü il tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) təşkilatçılığı ilə “Alternativ maliyyə bazarlarının Azərbaycanda inkişaf perspektivləri” mövzusunda keçirilən konfransda iştirak etmişdir.
Eyni zamanda konfransda bir çox şirkətlərlə yanaşı, bizim təşkilatımızın partnyorluq etdiyi AzFinance İnvestisiya şirkətinin nümayəndələri də iştirak etmişdirlər.