DÜŞÜN BORC AL!
Müştərilərin maliyyə savadlılığını daim artırmaq və onları bu sahədə daha da məlumatlandırmaq məqsədi ilə Viator Mikrokredit Azərbaycan 1-31 oktyabr 2015-ci il tarixlərində Mikromaliyyə Təşkilatı tərəfindən həyata keçirilən Beynəlxalq “Düşün, Borcl al” layihəsinə qoşulmuşdur.
Kampaniyanın əsas mahiyyəti müştərilərin artıq borclanma riskinin azaldılması, kredit alarkən hansı cəhətlərə diqqət etmələri, kredit sənədləşmələrinin düzgün başa düşülməsi və ödəmə qabiliyyətinin müəyyən edilməsi barədə məlumatlandırmaqdır. Həmçinin layihə vəsaitləri ilə tanış olan müştəri təhlükəsiz və məsuliyyətli şəkildə kredit almağın yolları, yaranmış borclara nəzarət, narazılıqların həlli yolları və digər uyğun mövzularda məlumat əldə etmiş olacaq.
Müştəriləri daim dəyərləndirən Viator Mikrokredit Azərbaycan tərəfindən kampaniyanın daha geniş şəkildə təbliğ olunması məqsədilə filiallarda təlimlər təşkil edilmiş, poster və broşuralar çap edilərək Müştəri Guşəsində əks etdirilmiş və təşkilatın internet səhifəsində “Düşün, Borcl al” adlı bölmə də yaradılmışdır.