Kiçik biznesdən böyük biznesə aparan yol


Şirinov Sərxan Şəhriyar oğlu Şəki şəhərində yaşayır. Ailəlidir və iki övladı var.
Şirinov Sərxan Viator Azərbaycanın Şəki filialından ilk dəfə 2010-cu ildə 650 ABŞ dolları məbləğində kredit götürmüşdür. Krediti fəaliyyətə başladığı ərzaq satışı ticarətinə sərf etmişdir.
Şirinov Sərxan Viator Azərbaycanın 4-cü dövr müştərisidir. Bu dövrlər ərzində Şəki filialından 5000, 8000 AZN kredit götürərək işlətdiyi ərzaq dükanını topdan və pərakəndə satış mağazasına çevirmişdir. Sonuncu səfər 2022 - ci il tarixində Şəki filialından 22 000 azn məbləğində kredit götürərək biznesini dahada genişləndirmişdir.
Hal-hazırda biznesi tam şəkildə fəaliyyət göstərir və biznesdə daimi olaraq 12 nəfər işlə təmin olunub.
Sərxan Şirinov təşkilata bağlılığının əsas səbəbini belə izah edir: Viator əməkdaşlarının müştəriyə yanaşma prinsipinin normal olması, müştərini hörmətlə qarşılaması və gözlətmədən operativ kreditin verilməsini təmin etməsidir. Bu üç amil hər zaman biz müştərilər üçün əsas səbəb sayılır deyə bildirmişdir.