![]() ELÇİN İSRAFİLOV Baş Mühasib ELCHIN ISRAFILOV – Viator Mikromaliyyə təşkilatında 2006-cı ilin ortalarında Şəmkir Filialında mühasib kimi fəaliyyətinə başlamışdır. Mühasibatlıq üzrə uğurlu əməliyyatlar icra etmək qabiliyyətinə görə Şəmkir Filialından Gəncə Filialına təyin olunmuşdur və daha sonra isə Baş Ofisdə Baş Mühasib kimi öz işini davam etdirmişdir. O, əla dinləmək və ünsiyyət qurmaq qabiliyyətinə malik, əməkdaşlar və menecerlər arasında etibar və inam yaratmaq xüsusiyyətlərinə sahib bir əməkdaşdır. O, davamlı inkişaf uğrunda daim keyfiyyət amilinə mərkəzləşir. O, Bakı şəhərində Azərbaycan Dövlət İqtisad Universitetini bitirmiş və Viatorda fəaliyyətindən əvvəl Şəmkir Su Elektrik Stansiyasında mühasib vəzifəsində çalışmışdır. |
![]() YAŞAR YUSİFOV Hüquq Bölməsinin Baş Hüquqşünası YUSİFOV YAŞAR KOSTA – 03.10.1966-cı ildə Xanlar rayonu Salahlı kəndində anadan olub. 1989-cu ildə Bakı Maliyyə Kredit texnikumunun hüquqşünaslıq fakultəsini bitirib. 2002-2008-ci illər Moskva Müasir Humanitar Akademiyasının hüquqşünaslıq fakultəsində təhsil alıb. Kəpəz və Nizami rayon məhkəmələrində Ədliyyə polis inspektoru və icra məmuru, Finca Azərbaycan QBKT-də hüquqşünas kimi vəzifələrdə işləyib. 21.09.2017 tarixindən BOKT Viator Mikrokredit Azəbaycan MMC-nin Hüquq departamentinə Məhkəmə Qərarları İcra bölməsinin hüquqşünası vəzifəsinə təyin edilib. |
![]() NAİL ABBASOV Viator Mikrokredit Azərbaycan təşkilatının “Biznesin İnkişafı və Marketinq departamentinin” rəhbəridir. ABBASOV NAIL VİLAYƏT – Mikromaliyyə sahəsi üzrə geniş miqyaslı təcrübəyə malik olan kadr 2016-cı ilin dekabr ayında Viatorun Şəki Filialına Rəhbər təyin edilmişdir. O, 11.09.1984-cü il tarixdə Gəncə şəhərində anadan olmuşdur. Azərbaycan Aqrar Universitetinin məzunu olan Nail Abbasov “Mühəndis İqtisadiyyatı və İdarəetmə” üzrə bakalavr təhsili almış və daha sonra “Biznesin Təşkili və İdarəedilməsi” sahəsi üzrə Magistr təhsilinə yiyələnmişdir. Viator ilə əməkdaşlığa başlamazdan əvvəl Nail Abbasov Access Bank, FİNCA BOKT, UniBank və Amrah Bank kimi bank və mikromaliyyə təşkilatlarında müxtəlif vəzifələrdə çalışmışdır. Liderlik vərdişlərinin inkişaf etdirilməsi məqsədi ilə Nail Abbasov bir çox nüfuslu təlimlərin uğurlu məzunu olmuşdur. |
![]() VÜSAL QƏDİMOV Audit Departamenti Meneceri VÜSAL QƏDİMOV – Viator Mikromaliyyə təşkilatında Şəki Filialı üzrə mühasib kimi 2006-cı ilin sentyabr ayında fəaliyyətə başlamış və 2008-ci ildə Baş Ofisdə Daxili Auditor vəzifəsinə təyin olunmuşdur. Mühasibatlıq və audit sahələri üzrə dərin biliyi və təcrübəsi sayəsində o, 2013-cü ilin fevral ayında Audit Departamenti üzrə Menecer vəzifəsinə ucalmışdır. O, 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində Mühasibatlıq və Audit üzrə Bakalavr dərəcəsi almışdır. O, həmçinin 2005-ci ildə Azərbaycan Dövlət Kənd Təsərrüfatı Akademiyasında (cari – Azərbaycan Aqrar Universiteti) Mühasibatlıq və Audit üzrə Magistr dərəcəsinə yüksəlmişdir. |
![]() Sevinc Məmmədova Gəncə Filialının Rəhbəri SEVİNC MƏMMƏDOVA – Viatordakı karyerasına 2008-ci ilin iyun ayından Dəliməmmədli filialında əməliyyatçısı vəzifəsindən başlayıb. Kassir, İnsan Resursları kimi fərqli vəzifələrdə çalışıb. 2013-cü ildə Gəncə filialına əməliyyatçı vəzifəsinə keçirilib. Peşəkarlığına, müsbət keyfiyyətlərinə, xüsusi təəssübkeş münasibətinə görə Sevinc xanım 2014-cü ildə Baş İdarəyə Daxili Audit şöbəsinə auditor vəzifəsinə seçilib. Bu vəzifədə o, yüksək performans və analitik bacarıqlarını nümayiş etdirdiyi üçün, 2015-ci ilin noyabrından Balakən filialının müdiri vəzifəsinə yüksəlib. 2017-ci ilin sentyabrndan isə Baş Ofisə Əməliyyat şöbəsinin Müdiri vəzifəsinə təyin edilib. 2017-ci ilin noyabrında İdarə Heyyətinin Üzvü seçilib. Viator ilə əməkdaşlığından əvvəl, NHM təşkil etdiyi Beynəlxalq Mühasibatlığın Əsasları üzrə təlimlər verib. “SandP Training” Computer and English Courses-da kompüter müəlliməsi vəzifəsində çalışıb. Sevinc xanım GDU filologiya fakültəsini bitirib. Müxtəlif dil, mühasibatlıq, liderlik, biznesin inkişafı, İnsan Resursları və İnkişaf Proğramı Mikromaliyələşdirmə praktikasında Maliyə Analizi, Qazaxstanda risklərin idarə edilməsi və s. kimi təlimlərdə iştirak edib, müxtəlif sertifikatlar əldə edib. |
![]() MALİK ƏMİRXANOV Şəmkir Filialının Rəhbəri ƏMIRXANOV MALIK FƏXRƏDDIN – Viator Mikromaliyyə Azərbaycan təşkilatının Filial Rəhbərlərindən biridir. O, 03.05.1976-ci ildə Şəmkir rayonun Qaracəmirli kəndində anadan olmuşdür. 1993 -1998 ci illərdə İdarəetmə Biznes və Hüqüq İnstitutunu qurtarmışdır. Viator ilə əməkdaşlığından əvvəl o, 2000-2004 cü ildə Şəmkir rayon Qaracəmirli Bələdiyyəsində Torpaq vergilərinin yıgılması işində işləmişdir. 2005-ci ildən Viator Mikrokredit Azərbaycan MMC Gəncə Filialında kredit işçisi kimi fəaliyyətə başlamışdır. 2007-ci ildə Şəmkir filialında kredit işçisi kimi fəaliyyətini davam etdirmişdir və 2011- ci ildən Viator Mikrokredit Azərbaycan Gəncə filialında Kredit nəzarətçisi vəzifəsində təyin olundu. 2015-ci ilin sentyabr ayında BOKT Viator Mikrokredit Azərbaycan MMC Şəmkir filialının müdiri vəzifəsinə təyin edildi. |
![]() HÜSEYN ALIYEV Qazax Filialının Rəhbəri ALIYEV HÜSEYN AKIF – Viator Mikromaliyyə Azərbaycan təşkilatının Filial Rəhbərlərindən biridir. O, 04.09.1969-cu ildə Qazax Rayonu Çaylı kəndində anadan olub. Təhsilini hərbi xidmətdən sonra Kooperasiya texnikumunun əmtəəşünas-nəzarətçi fakultəsində davam etdirib. 2014 cü ilin Noyabr ayından VİATOR kredit təşkilatının Qazax filialında Aparıcı kredit mütəxəssisi kimi işə qəbul olunub. 2015-ci ilin sentyabr ayında həmin Filialın Rəhbəri vəzifəsinə təyin edildi. |
![]() Elşən Musayev Şəki filialının Rəhbəri MUSAYEV ELŞƏN NİYAZİ –22.08.1979 – cu il tarixində Şəki şəhərində anadan olub. 1999 - cu ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat fakultəsini bitirib. Viatorla əməkdaşlıqdan əvvəl QHT və dövlət qurumlarında müxtəlif vəzifələrdə çalışmışdır.Geniş təcrübəyə malik olan kadr 2006 - cı ilin sentyabr ayından Viatorun Şəki filialının əməkdaşıdır və hazırkı vəzifəyədək təşkilat daxili müxtəlif vəzifələrdə uğurlu kadr kimi fəaliyyət göstərib. |
![]() Nail Veysov Balakən Filialının Rəhbəri Veysov Nail Elxan – Viator Mikrokredit Azərbaycan MMC təşkilatının Filial Rəhbərlərindən biridir. O, 27.11.1981-ci il tarixində Balakən şəhərində anadan olub. 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində "Gömrük işinin təşkili" ixtisası üzrə ali təhsil almışdır. Ali təhsilini bitirdikdən sonra Balakən Avtovağzal MMC-də mühasib vəzifəsində çalışmışdır. Viator komandasına 2012-ci ildə Balakən filialında kredit mütəxəssisi kimi başlayan Nail Veysov daha sonra işinə olan məsul və ciddi yanaşmasına görə həmin filialda mühasib kimi öz fəaliyyətini davam etdirmişdir. Nail Veysov 2022-ci ilin aprel ayında Balakən Filialına Rəhbər vəzifəsinə təyin edilmişdir. |
![]() AZAD RƏHİMOV Təlim Mərkəzinin Rəhbəri AZAD RƏHİMOV –Viator Mikromaliyyə təşkilatında 2008-ci ilin avqust ayında Mühasib və Biznes təlimçisi kimi fəaliyyətə başlamış və daha sonra NHM-nin İRİP Meneceri vəzifəsinə yüksəlmişdir. 2012-ci ilin iyun ayından Viator İRİP Təlim Mərkəzi Meneceri kimi fəaliyyət göstərir. Viator Mikromaliyyə təşkilatı ilə əməkdaşlığından əvvəl o, Azərbaycanda müxtəlif təşkilatlarda və NHM-də İRİP üzrə Menecer kimi çalışmışdır. Azərbaycan Texnologiya Universitetində Mühəndis-Texnoloq ixtisası üzrə təhsil almışdır. Biznes, vaxt idarəetməsi, mikromaliyyə menecmentliyi, maliyyə planlaşdırması və liderlik kimi mövzularda İtaliya, Rusiya, Qırğızıstan, Gürcüstan kimi müxtəlif ölkələrdə təlimlərdə iştirak etmişdir. |