İcraçı Direktorun Müraciəti

Bizim ölkə üçün son beş il çox hadisəli keçdi. 2015 ci ildə yerli valyutanın devalivasiyası, maliyyə və iqtisadi böhran ölkəyə və cəmiyyətə təsir göstərdi.
Böhrandan çıxmaq üçün strategi hədəflər müəyyən edildi, yeni layihələrə start verildi.
Çətin bir dövrü yaşayırıq,…. COVİD-19 pandemiyası 2020-ci il ilin əvvəlindən bu günədək davam edir. Bütün insanların həyat tərzinə həm güclü təsir etdi. Həm də fərqli düşünməyə vadar edir.
Dövlətimizin müdrik siyasəti və xalqımızım zəhmətkeş və sədaqətli olmağı nəticəsində biz ayaqda qalmağı bacardıq. Bütün çətinliklər və sınaqlar davam edərkən, 2 ci Garabağ müharibəsi Xalqımıza böyük zəfər qələbəsi yaşatdı. Güclü Ordumuzun sayəsində və Müqəddəs olan Şəhidlərimizin qanı bahasına 30 il işğalda olan torpaqlarımızı düşməndən azad etdik. Bü dövrdə Azərbaycan xalqı böyük bir dönəm yaşadı. Xalq böyük həmrəylik nümayiş etdi və Qələbə çaldı. Biz işiqlı, günəşli bir gələcəyin astanasındayıq və ümidlə irəliyə addımlayırıq.
Bu gün biz həmrəyik, bir birimizə dəstəyik, çünki GÜC BİRLİKDƏDiR!