XƏBƏRLƏR


22 Oktyabr 2021-cil Cümə günü tarixində AMFA-nın 13-cü İllik Təltif Şam Ziyafəti keçirilmişdir. Tədbirdə Mərkəzi Bank, Kənd Təsərrüfatı nazirliyi, Azərbaycan Sahibkarlar Konfederasiyası, Azərbaycan Banklar Assosiasiyası, bank və bank olmayan kredit təşkilatları və mikromaliyyə sektorunda xidmət göstərən müxtəlif yerli və beynəlxalq təşkilatların nümayəndələri olmaqla cəmi 55 nümayəndə iştirak etmişdir. Tədbirin əsas məqsədi maliyyə qurumları və partnyor təşkilatları arasında əlaqələri möhkəmləndirmək, sektorda qabaqcıl təşkilatların təcrübələrini bölüşmək və 3 kateqoriya üzrə ən qabaqcıl təşkilatları mükafatlandırmaqdan ibarət idi. Mükafatla təltif olunmuş təşkilatlar aşağıdakılardır:
1. İlin filialsız təcrübəyə malik qabaqcıl təşkilatı – FİNCA Azərbaycan
2. İlin rəqəmsal alətinin ən yaxşı tətbiq edən qabaqcıl təşkilatı –Paşa Bank
3. İlin müştəri mühafizəsi təcrübəsinə malik qabaqcıl təşkilatı – Viator Mikrokredit

Weathering the Storm II - dörd qitənin 14 ölkəsindən müxtəlif böhranla üzləşən 16 beynəlxalq maliyyə təşkilatının təcrübələrini özündə birləşdirən maliyyə anlayışıdır. 
Bank olmayan Kredit Təşkilatı “Viator Mikro Kredit Azərbaycan” MMC son beş ildə müxtəlif çətinliklərdən və maliyyə böhranından çıxmağı bacaran şirkətlərdən biri kimi seçilərək, beynəlxalq vebinarda iştiraka dəvət almışdır.
Bununla bağlı, Viator komandasının Rəhbəri  böhranlarla necə mübarizə aparmaq, şirkəti böhrandan əvvəlki vəziyyətinə qayıtmaq, şirkəti necə idarə etmək lazım olduğunu, öz dəyərli təcrübəsini dünya ilə bölüşmək üçün Avropa Mikromaliyyə Platforması tərəfindən onlayn veb-seminara dəvət edilmişdir.
İcraçı Direktor Aynur Əliyeva, devalviasiya, COVID-19 pandemiyası, ölkədəki müharibə kimi müxtəlif çətinliklərin öhdəsindən gəlmək yolları, şirkətini və komandasını böhrandan çıxardığı və idarə etdiyi maliyyə alətləri haqqında öz zəngin təcrubəsini paylaşmışdır. Həmin vəziyyətdə digər banklar və bank olmayan maliyyə qurumları kredit verməyi dayandırdı və qeyri-müəyyən müddətə fəaliyyətlərini dondurduğu halda Viator kreditləşməyə davam etdi.
Maliyyə bilikləri ilə yanaşı, CEO, böhranın mənəvi tərəfinin mənfi duyğularının öhdəsindən gəlmək və maliyyə problemləri zamanı səssiz və sabit qalmağın əhəmiyyətli olduğunu vurğulamışdır.
Vebinar iştirakçıları üçün Viator CEO-sunun müxtəlif iqtisadi məsələlərin öhdəsindən gəlmək üçün yeni maliyyə metodları ilə tanış olmaq faydalı və dəstəkləyici bir dərs oldu.






Viator fəaliyyəti dövründə sosial yönümlü mövqelərini daim həyata keçirib. Ölkəmizin çətin günündə də VİATOR Mikrokredit Vətən müharibəsi iştirakçılarına qarşı biganə qalmayıb. 
Müharibənin İlk günlərdən II Qarabağ döyüşünün iştirakçıları ilə filiallar tərəfindən görüşlər təşkil edilərək dəstək göstərilib. Bundan başqa Vətən müharibəsi iştirakçıları üçün Silahli Qüvvələr fonduna ianə edilib. Rəhbərliyin daha bir təşəbbüsü ilə, Müşahidə Şurasının qərarına əsasən Vətən müharibəsindəki Şəhid müştərilərimizin və birinci dərəcəli qohumlarının borcları tam olaraq silindi. Eyni zamanda müharibədə qazi olmuş əsgərlərimizin və birinci dərəcəli qohumlarının, həmçinin Gəncədə evinə raket düşərək zərər çəkən müştərilərin və birinci dərəcəli qohumlarının faiz dərəcələri silindi.
«Viator Mikrokredit Azərbaycan» BOKT– 12 şəhid müştərinin 13613 AZN kredit borcu silinmiş, evin əzərər dəymiş 3 müştəri 5016 AZN  kredit faizi ödəməkdən azad edilmiş, müharibədə iştirak etmiş və ya xəsarət alan birinci səviyyəli 9 müştəri isə 4224 AZN olmaqla borc üzrə faiz ödəməkdən azad edilmişdir;
2-ci Qarabağ müharibəsində Azərbaycanın şanlı ordusu vətənimizin ayrılmaz tarixi parçası, qədim və zəngin mədəniyyətimizin sönməz ocağı Qarabağımızı düşmən tapdağından azad  etdi. Bu qələbəyə görə Şəhidlərimizə və qazilərimizə borcluyuq və onların ailələrinin sosial problemlərinin həll edilməsinə hər birimiz töhfəmizi verməliyik. 


Azərbaycan Mikromaliyyə Assosiasiyasının İdarə heyətinin üzvü, BOKT “ Viator Mikrokredit” MMC-nin rəhbəri, xanım Aynur Əliyeva 27-28 noyabr 2019-cu il tarixlərində Sankt-Peterburq şəhərində Mikromaliyyə bazarının iştirakçıları Asssosiasiyası (NAUMİR) və Rusiya Mikromaiyyə Mərkəzi tərəfindən keçirilən “ Mikromaliyyə- yetkin qərarların verilmə vaxtıdır” adlı Rusiyanın 18-ci Milli Mikromaliyyə konfransında Assosiasiyamızı məruzəçi qismində təmsil etmişdir. Konfransda əksəriyyəti Rusiya Federasiyasından olmaqla yanaşı Azərbaycandan başqa İtaliya, Çexiya və Cənubi Afrika daxill 600 nəfərdən çox iştirakçı olmuşdur. 


Azərbaycan Mikromaliyyə Assosiasıyasının İdarə Heyətinin üzvü Aynur Əliyeva Marja.az-da "İnsanlar BOKT-larda daha isti münasibət görürlər" – başlığı altında müsahibə verib.  “ Viator Mikrokredit” MMC-nin rəhbəri, xanım Aynur Əliyevanın intervyusu.




4 oktyabr 2019-cu il tarixindəAzərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) “Mikromaliyyə Yol Kəsişməsində: Rəqəmsal Erada Dayanıqlı İnkişaf” mövzusuna həsr edilmiş 6-cı İnvestorlar Yarmarkası təşkil etdi. BOKT “Viator Mikrokredit Azərbaycan” MMC fəaliyyəti üzrə şəffaflıq, keyfiyyət, etibarlılıq kimi amilləri inkişaf etdirdirdiyinə və MİX Market üzrə 4 ulduz səviyyəyə nail olduğuna görə2018-ci ilin “Şəffaflıq Sertifikatına” layiq görülmüşdür.







Banko.az səhifəsindəBOKT-lar haqqında Nizamnaməkapitalından ən yaxşı istifadəedən BOKT başlığı iləstatistik məqalədərc edilib. 
2017-2018-ci illərdə Azərbaycanda fəaliyyət göstərmiş və maliyyə hesabatını açıqlamış 36 bank olmayan kredit təşkilatı (BOKT) arasında Nizamnamə kapitalından ən yaxşı istifadəedən BOKT-lar sırasında İllik mənfəətinin Nizamnamə kapitalına nisbətinəgörə 3-cü yerdə"Viator Mikrokredit Azərbaycan" (76,7%) qərarlaşıb.
https://banco.az/az/news/nizamname-kapitalindan-en-yaxsi-istifade-eden-bokt?fbclid=IwAR3Lk5lz66WUvqleB_q4LVW3O2CHv7MTPiO9-jE9zRhksyjB1smZy7YZTUA






18-19 İyun 2019, Kiyev, Ukrayna
Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyası (BMK), BOKT Viator Mikrokredit Azərbaycan MMC-nin liderlərini Regional Kredit Hesabatı Konfransına qatılmağa dəvət etdi. Konfransda dövlət vəözəl kredit hesabatlığı sahəsindəqlobal liderlərin iştirakı iləfikir, bilik vəən yaxşı təcrübəmübadiləsi üçün unikal bir mühit təmin edildi, eyni zamanda yeni əlaqələrin qurulması vəmövcud əlaqələrin gücləndirilməsi üçün bir fürsət yaradıldı.






"Viator Mikrokredit Azərbaycan" MMC 2019-cu ilin mayında fəaliyyətinin 20 illiyik yubiley tədbdirini qeyd edib. İki hissəli tədbirdə Viatorun təsisçisi, xarici investorlar, AMFA-nın rəhbəri vəbir neçə üzvü, icra nümayəndəliyi, Partnyer bankların vəsiğorta təşkilatlarının rəhbərləri və bir çox başqa təşkilatların nümayəndələri iştirak edib və çıxışlar edibərək Viatorun fəaliyyətinə dair müsbət fikirlərini bildiriblər, Viatora gələcəkdə daha çox nailiyyət qazanmasını diləyiblər. 
https://youtu.be/mGJCnKZDghM






Hollandiyanın Amsterdam şəhərində 2019-cu ilin mart ayında keçirilmiş Beynəlxalq maliyyədünyasının ən böyük hadisələrindən biri olan Qlobal Mikromaliyyə Forumunda, dünya mikromaliyyəsində ümumi vəziyyət və 2019-cu ildə investisiyalar üçün prioritet bölgələr vəsektorlara aid mövzulara toxunulub, Viator Mikrokredit Azərbaycanın İdarə Heyətinin Sədri - Aynur Əliyeva Beynəlxalq Forumda iştirak edərək, mikromaliyyə üzrə mövcud çətinlikləri və müsbət aspektləri vurğulamaq üçün Forum iştirakçıları, beynəlxalq maliyy ətəşkilatlarının nümayəndələri və investorlar üçün Forum çərçivəsində təşkil edilmiş İnteraktiv Müzakirə sessiyasında çıxış etmişdir.




BOKT “Viator Mikrokredit Azərbaycan” MMC, Azərbaycan Mikro Maliyyə Assosiasiyasının (AMFA) təşkil etdiyi 9-cu Mikro Maliyyə Konfransında, fəaliyyəti üzrə şəffaflıq, keyfiyyət, etibarlılıq kimi amilləri inkişaf etdirdirdiyinə və MİX Market üzrə4-cü yüksək səviyyəyə nail olduğuna görə 2017-ci ilin “Şəffaflıq Sertifikatına” layiq görülmüşdür.





BOKT Viator Mikrokredit Azərbaycan MMC İdarəHeyəti Beynəlxalq Mikro MaliyyəMərkəzi və Avropa MikromaliyyəŞəbəkəsi tərəfindən 2018-ci ilin oktyabr ayında İspaniyanın Bilbao şəhərindəkeçrilmiş illik Mikromaliyyə Konfransında iştirak etmişdir. Konfransda Şərqi vəQərbi Avropa, Mərkəzi Asiya vəQafqaz regionlarından olan 400 nəfərdən çox mütəxəssis iştirak etmişdir. Konfrans, iştirakçılar vədigər mütəxəssislər üçün peşəkar əlaqələr yaratmaq, təcrübəmübadiləsi aparmaq vəgələcək perspektivlərin qurulması üçün zəmin hazırlamaq üçün əhəmiyyətli imkan idi. O, cümlədən Konfrans zamanı Azərbaycanda yerli mikromaliyyə təcrübəsi və çətinlikləri paylaşılmış, həmçinin yerli mikromaliyyənin gələcək perspektivləri müzakirəedilmişdir.