YENİ ƏMƏKDAŞ İNVESTORLARIMIZ


PAŞA BANK VƏ İNCOFİN:
VİATORUN YENİ ƏMƏKDAŞ İNVESTORLARI


YENİ ƏMƏKDAŞ İNVESTORLARIMIZAzərbaycanda, xüsusilə də regionlarda minlərlə kiçik və mikro sahibkarlara kömək etmək həmişə Viatorun əsas məqsədlərindəndir. Təşkilatın böyümə və inkişaf etmək yolunda məqsədləri ilə daha yüksək və daha real hədəflər təşkilatın gələcək inkişafı üçün müəyyən edilib, planlaşdırılır. Təşkilatın böyüməsinə müştərilərin sayının artması və kredit portfeli həcminin genişlənməsi daxildir. Bu hədəflərə nail olmaq üçün Viatora partnyorlar lazımdır ki, investisiya qoyub, təşkilatın partnyoru olaraq, gələcək inkişaf istiqamətində iştirak etsin. Son bir neçə il ərzində Viator Mikrokredit müxtəlif beynəlxalq investisiya təşkilatları ilə əməkdaşlıq etmişdir, belə ki, Symbiotics, Grameen,ResponsAbility kimi təşkilatlar buraya daxildir. Viator daim öz öhdəliklərini yerinə yetirmişdir.

Bu il, 2013-cü ildə iki yeni partnyor investor Viator Mikrokredit ilə əməkdaşlığa başlamışdır: PAŞA BANK və İNCOFİN İnvestisiya Rəhbərliyi. Bu iki təşkilat bu yaxınlarda Viatorun investorlarına çevrilmişdir.


YENİ ƏMƏKDAŞ İNVESTORLARIMIZ“PAŞA Bank” Azərbaycanın ən böyük banklarından biridir. “PAŞA Bank” ASC(Açıq Səhmdar Cəmiyyəti) “PAŞA” qrup təşkilatlarından biridir və 2007-ci ilin iyun ayında yaradılmışdır. Bank Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2008-ci il 250 nömrəli lisenziyası əsasında fəaliyyət göstərir. Bu il 25 iyul tarixində Viator Paşa Bankdan 1.000.000 AZN investisiya əldə etməyə nail olmuşdur. Bu o, deməkdir ki, biz həmin vəsaiti filiallara göndərə bilərik ki, müştərilərə kredit kimi təklif etsinlər. Bu təşkilatın fəal müştərilərinin sayının artması və təşkilatın öz hədəflərinə nail olması imkanını yaradır.



YENİ ƏMƏKDAŞ İNVESTORLARIMIZDigər yeni partnyorumuz İncofin İnvestisiya Rəhbərliyidir ki, ölkələrin inkişafında rol oynayan Mikro Maliyyə Müəssisələrinə (MMM) vəsait ayıran fondları idarə edir. İncofin İR həmçinin təşkilatlarda birbaşa investisiya imkanlarını tədqiq edir və onların ehtiyaclarını qarşılamaq üçün yeni məhsullar istehsal edir. Təşkilat 2013-cü ilin noyabr ayına kimi Viator Mikrokredit təşkilatına 1.000.000 ABŞ dolları ayıracaq. Bu iki böyük təşkilatdan kredit əldə etmək və onlarla əməkdaşlıq etmək Viatorun böyük uğurudur. Bu Viatorun öz məqsəd və məramına qarşı məsuliyyətinin göstəricisidir. Bundan əlavə, İncofin texniki dəstək, yaxud Viator əməkdaşlarının təlimi üçün 18.750 avro vəsait ayırmışdır.

Bu il Viator mövcud partnyorlarından əldə etdiyi kredit vəsaitinin miqdarını artırmış və yeniləmişdir. Maliyyə departamentinin verdiyi məlumata görə Viator may, 2013-cü il tarixində Grameen təşkilatından 1.300.000 AZN, əlavə olaraq da Concap təşkilatından 900.000 ABŞ dolları (Viator oktyabr, 2012-ci il tarixində 1.000.000 ABŞ dolları artıq əldə etmişdir), avqust, 2013-cü il tarixində Symbiotics təşkilatından 3.450.000 AZN və iyul, 2013-cü il tarixində responsAbility təşkilatından 600.000 ABŞ dolları əldə etmişdir.

Mikro maliyyə təşkilatı kimi Viator Mikrokreditin bu təşəbbüsləri müştərilərin ümidlərini doğrultmaq və məsuliyyətli mikrokredit proqramı ilə onların həyatına müsbət təsir göstərmək naminə edilir.