BİZ MÜŞTƏRİLƏRİMİZİN QAYĞISINA QALIRIQ


VİATOR MİKROKREDİT: BİZ MÜŞTƏRİLƏRİMİZİN QAYĞISINA QALIRIQ – GƏLƏN İL MÜŞTƏRİ MÜDAFİƏSİ SERTİFİKATINA MÜRACİƏT EDİRİK.

Gələn ilin əvvəllərində beynəlxalq sertifikat almaq təşəbbüsü ilə Viator Müştəri Müdafiəsi Sertifikatını almağa hazırlıq görür. Mikrokredit təşkilatı kimi Viator da Müştəri Müdafiəsi Sertifikatı ilə sertifikatlaşdırılmış müəssisə olmaq qərarına gəldi. Viator Azərbaycanın müxtəlif regionlarında kiçik sahibkarların və kənd təsərrüfatı çalışanlarının rifahı naminə işlər görür və müştərilərin təlabatını ödəmək məqsədilə 4 növ kredit məhsulları ilə onları təmin edir.Viatorun bu Sertifikatı almaq səbəbi: Viatorun öz müştərilərinə dəyər verməsi və onları daim üstün tutmasıdır. Viatorda müştəri anlayışı həmişə BİRİNCİDİR!

Müştəri Müdafiəsi Sertifikatı müştəri münasibəti və müştəriyə qayğı standartlarına müvafiq gələn, maliyyə müəssisələri tərəfindən hamılıqla tanınan və üçüncü bitərəf şəxsin qiymətləndirməsi ilə müəyyən edilən müstəqil sertifikatdır. Bu sertifikat sayəsində maliyyə müəssisələri mikro maliyyə sahəsində Müştəri Müdafiəsi Prinsiplərinə sadiq qalmalarını nümayiş etdirərək, daha güclü mikro maliyyə biznesinin yaranmasına imkan yaranır. Bu həm də müştərilərə hörmətli, şəffaf və ağıllı münasibəti təmin edən təcrübələri cəsarətləndirir. Müştəri Müdafiəsi Prinsiplərinə, müştərinin mikro maliyyə müəssisəsi ilə əməkdaşlığı zamanı görməyi ümid etdiyi minimum standartlar daxildir. Bu sertifikatı əldə etmək üçün Viator müştəri müdafiəsi üçün 30 standarta cavab verən göstəriciləri tərtib etməlidir. Cəmi 7 Müştəri Müdafiəsi Prinsipi mövcuddur:.

1. Müvafiq Məhsul Tərtibatı və Çatdırılma Yolları;

Viator Mikrokredit məhsul tərtibatı və çatdırılma üsullarına müvafiq diqqəti elə ayırmalıdır ki, onlar müştəriyə zərərə səbəb olmasın. Məhsul və çatdırılma üsulları tərtib edilərkən müştəri xarakteristikası nəzərə alınmalıdır.

2. Artıq borclanmadan Yayınma;

Təşkilat, müştərinin borclarla həddindən artıq yüklənmədən krediti geri ödəməsi qabiliyyətini təmin etmək üçün kredit prosesinin bütün mərhələlərinin qayğısına qalmalıdır. Əlavə olaraq,kredit riski idarəetməsi, bazar inkişafı və artıq borclanmadan yayınma kimi sahələri dəstəkləyən daxili sistemlərin yaradılması və onlara nəzarət bizim məsuliyyətimizə daxildir.

3. Şəffaflıq;

Təşkilatımız, müştərilərin anlaya biləcəyi və düzgün qərarlar verəcəyi aydın və anlaşılan ünsiyyət manerası və dili ilə fəaliyyət göstərməlidir. Kredit məhsullarının qiyməti, şərtləri və qaydaları açıq şəkildə izah edilməlidir.

4. Məsuliyyətli Qiymət;

Kredit məhsullarının qiyməti, şərtləri və qaydaları elə müəyyən edilməlidir ki, həm müştərinin imkanlarına uyğun gəlsin, həm də maliyyə müəssisəsinin davamlı olmasına imkan yaratsın.

5. Müştərilərlə Ədalətli və Hörmətli Davranış;

Rüşvət, aqressiya, alçaltma və ayrı-seçkilik olmadan bütün müştərilərə ədalətli və hörmətli münasibət göstərilməlidir. Buraya hətta kredit satışları və borc toplama prosesləri də daxildir.

6. Müştəri Məlumatının Məxfiliyi;

Müştəi məlumatının məxfiliyi fərdi şəxslərin hüquq müdafiəsi və müvafiq qanunlara əsaslanaraq,hörmətlə yanaşılmalı və riayət olunmalıdır.

7. Şikayət Həlli Mexanizmi;

Təşkilat müştərilərinin şikayət və problem həlli üçün müvafiq və zamanında reaksiya göstərən mexanizmə malik olmaldır.


Bunlar Sertifikatın əsas prinsipləridir. Bu prinsiplərin hər biri bir neçə standartdan ibarətdir. Bu prinsiplərin əksəriyyəti, belə ki, Müştəri Məlumatınin Məxfiliyi, Şikayət Həlli Mexanizmi, Artıq Borclanmadan Yayınma artıq Viator tərəfindən tətbiq edilir. Bunun üçün biz xüsusi təlimatlar, qaydalar və proseduralar sistemi yaratmışıq. Viatorun İcraçı Direktoru 30 avqust, 2013-cü il tarixində sertifikatı lisenziyalaşdıran Mikrofinanza Reytinq təşkilatı ilə Viator arasında Sertifikat Müqaviləsini imzalamışdır. .

Müştəri Müdafiəsi Sertifikatını əldə etməyin məsuliyyəti Viatorun Tədqiqat və İnkişaf Departamentinin Rəhbəri Zeynəb Həsənzadənin səlahiyyətlərinə daxildir. O, 7 prinsipi təmin etmək məqsədilə ən yaxşı yolları və imkanları araşdıraraq, bütün filiallarla birgə işləyir. “Müştərilərə qarşı məsuliyyətimizi və işimizi ön plana çəkmək sertifikat əldə etməyin yeganə səbəbidir. Araşdırmalar etmək və əməkdaşlarla görüşmək standartları təmin etməkdə faydalıdır,” deyə Zeynəb Həsənzadə bildirmişdir. Bütün proseslər müştərilərə və müştərilər üçün yönəlmşdir, cünki biz bu sahədə ən yaxşı olmaq niyyətindəyik. Ümid edirik ki, Viator Müştəri Müdafiəsi sertifikatının layiqli və hörmətli üzvü olacaq. Bütün əməkdaşlar bu iş üzrə gərgin işləyir, çünki biz bir komandayıq və birlikdə bunun öhdəsindən gələ bilərik. Bizə uğurlar!!!