DİGƏR RƏHBƏRLİK


DİGƏR RƏHBƏRLİK
 ELÇİN İSRAFİLOV
Baş Mühasib

ELCHIN ISRAFILOV Viator Mikromaliyyə təşkilatında 2006-cı ilin ortalarında Şəmkir Filialında mühasib kimi fəaliyyətinə başlamışdır. Mühasibatlıq üzrə uğurlu əməliyyatlar icra etmək qabiliyyətinə görə Şəmkir Filialından Gəncə Filialına təyin olunmuşdur və daha sonra isə Baş Ofisdə Baş Mühasib kimi öz işini davam etdirmişdir. O, əla dinləmək və ünsiyyət qurmaq qabiliyyətinə malik, əməkdaşlar və menecerlər arasında etibar və inam yaratmaq xüsusiyyətlərinə sahib bir əməkdaşdır. O, davamlı inkişaf uğrunda daim keyfiyyət amilinə mərkəzləşir. O, Bakı şəhərində Azərbaycan Dövlət İqtisad Universitetini bitirmiş və Viatorda fəaliyyətindən əvvəl Şəmkir Su Elektrik Stansiyasında mühasib vəzifəsində çalışmışdır.



YAŞAR YUSİFOV
Hüquq Bölməsinin Baş Hüquqşünası

 YUSİFOV YAŞAR KOSTA  –  03.10.1966-cı ildə Xanlar rayonu Salahlı kəndində anadan olub. 1989-cu ildə Bakı Maliyyə Kredit texnikumunun hüquqşünaslıq fakultəsini bitirib. 2002-2008-ci illər Moskva Müasir Humanitar Akademiyasının hüquqşünaslıq fakultəsində təhsil alıb. Kəpəz və Nizami rayon məhkəmələrində Ədliyyə polis inspektoru və icra məmuru, Finca Azərbaycan QBKT-də hüquqşünas kimi vəzifələrdə işləyib. 21.09.2017 tarixindən BOKT Viator Mikrokredit Azəbaycan MMC-nin Hüquq departamentinə Məhkəmə Qərarları İcra bölməsinin hüquqşünası vəzifəsinə təyin edilib.



VÜSAL QƏDİMOV
Audit Departamenti Meneceri

VÜSAL QƏDİMOV – Viator Mikromaliyyə təşkilatında Şəki Filialı üzrə mühasib kimi 2006-cı ilin sentyabr ayında fəaliyyətə başlamış və 2008-ci ildə Baş Ofisdə Daxili Auditor vəzifəsinə təyin olunmuşdur. Mühasibatlıq və audit sahələri üzrə dərin biliyi və təcrübəsi sayəsində o, 2013-cü ilin fevral ayında Audit Departamenti üzrə Menecer vəzifəsinə ucalmışdır.

O, 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində Mühasibatlıq və Audit üzrə Bakalavr dərəcəsi almışdır. O, həmçinin 2005-ci ildə Azərbaycan Dövlət Kənd Təsərrüfatı Akademiyasında (cari – Azərbaycan Aqrar Universiteti) Mühasibatlıq və Audit üzrə Magistr dərəcəsinə yüksəlmişdir.



 Sevinc Məmmədova
Gəncə Filialının Rəhbəri


SEVİNC MƏMMƏDOVA  Viatordakı karyerasına 2008-ci ilin iyun ayından Dəliməmmədli filialında əməliyyatçısı vəzifəsindən başlayıb. Kassir, İnsan Resursları kimi fərqli vəzifələrdə çalışıb. 2013-cü ildə Gəncə filialına əməliyyatçı vəzifəsinə keçirilib. Peşəkarlığına, müsbət keyfiyyətlərinə, xüsusi təəssübkeş münasibətinə görə Sevinc xanım 2014-cü ildə Baş İdarəyə Daxili Audit şöbəsinə auditor vəzifəsinə seçilib. Bu vəzifədə o, yüksək performans və analitik bacarıqlarını nümayiş etdirdiyi üçün, 2015-ci ilin noyabrından Balakən filialının müdiri vəzifəsinə yüksəlib. 2017-ci ilin sentyabrndan isə Baş Ofisə Əməliyyat şöbəsinin Müdiri vəzifəsinə təyin edilib. 2017-ci ilin noyabrında İdarə Heyyətinin Üzvü seçilib.

Viator ilə əməkdaşlığından əvvəl, NHM təşkil etdiyi Beynəlxalq Mühasibatlığın Əsasları üzrə təlimlər verib. “SandP Training” Computer and English Courses-da kompüter müəlliməsi vəzifəsində çalışıb. Sevinc xanım GDU filologiya fakültəsini bitirib. Müxtəlif dil, mühasibatlıq, liderlik, biznesin inkişafı, İnsan Resursları və İnkişaf Proğramı Mikromaliyələşdirmə praktikasında Maliyə Analizi, Qazaxstanda risklərin idarə edilməsi və s. kimi təlimlərdə iştirak edib, müxtəlif sertifikatlar əldə edib.






  MALİK ƏMİRXANOV
 Şəmkir Filialının Rəhbəri 



 ƏMIRXANOV MALIK FƏXRƏDDIN  Viator Mikromaliyyə Azərbaycan təşkilatının Filial Rəhbərlərindən biridir. O, 03.05.1976-ci ildə Şəmkir rayonun Qaracəmirli kəndində anadan olmuşdür. 1993 -1998 ci illərdə İdarəetmə Biznes və Hüqüq İnstitutunu qurtarmışdır. Viator ilə əməkdaşlığından əvvəl o, 2000-2004 cü ildə Şəmkir rayon Qaracəmirli Bələdiyyəsində Torpaq vergilərinin yıgılması işində işləmişdir. 2005-ci ildən Viator Mikrokredit Azərbaycan MMC Gəncə Filialında kredit işçisi kimi fəaliyyətə başlamışdır. 2007-ci ildə Şəmkir filialında kredit işçisi kimi fəaliyyətini davam etdirmişdir və 2011- ci ildən Viator Mikrokredit Azərbaycan Gəncə filialında Kredit nəzarətçisi vəzifəsində təyin olundu. 2015-ci ilin sentyabr ayında BOKT Viator Mikrokredit Azərbaycan MMC Şəmkir filialının müdiri vəzifəsinə təyin edildi. 




 HÜSEYN ALIYEV
 Qazax Filialının Rəhbəri 




 ALIYEV HÜSEYN AKIF  Viator Mikromaliyyə Azərbaycan təşkilatının Filial Rəhbərlərindən biridir. O, 04.09.1969-cu ildə Qazax Rayonu Çaylı kəndində anadan olub. Təhsilini hərbi xidmətdən sonra Kooperasiya texnikumunun əmtəəşünas-nəzarətçi fakultəsində davam etdirib. 2014 cü ilin Noyabr ayından VİATOR kredit təşkilatının Qazax filialında Aparıcı kredit mütəxəssisi kimi işə qəbul olunub. 2015-ci ilin sentyabr ayında həmin Filialın Rəhbəri vəzifəsinə təyin edildi.




 NAİL ABBASOV
 Şəki və Balakən filiallarının Rəhbəri 



 ABBASOV NAIL VİLAYƏT Viator Mikrokredit Azərbaycan təşkilatının Filial Rəhbərlərindən biridir. Mikromaliyyə sahəsi üzrə geniş miqyaslı təcrübəyə malik olan kadr 2016-cı ilin dekabr ayında Viatorun Şəki Filialına Rəhbər təyin edilmişdir. O, 11.09.1984-cü il tarixdə Gəncə şəhərində anadan olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının məzunu olan Nail Abbasov “Mühəndis İqtisadiyyatı və İdarəetmə” üzrə bakalavr təhsili almış və daha sonra “Biznesin Təşkili və İdarəedilməsi” sahəsi üzrə Magistr təhsilinə yiyələnmişdir. Viator ilə əməkdaşlığa başlamazdan əvvəl Nail Abbasov FİNCA, UniBank, Access Bank və Əmrah Bank kimi bank və mikromaliyyə təşkilatlarında çalışmışdır. Liderlik vərdişlərinin inkişaf etdirilməsi məqsədi ilə Nail Abbasov 21 may 2021-ci il tarixində Maliyyə üzrə ekspert Nazim Əliyevin liderlik üzrə təlimində iştirak etmişdir. 




AZAD RƏHİMOV
Təlim Mərkəzinin Rəhbəri



AZAD RƏHİMOV –Viator Mikromaliyyə təşkilatında 2008-ci ilin avqust ayında Mühasib və Biznes təlimçisi kimi fəaliyyətə başlamış və daha sonra NHM-nin İRİP Meneceri vəzifəsinə yüksəlmişdir. 2012-ci ilin iyun ayından Viator İRİP Təlim Mərkəzi Meneceri kimi fəaliyyət göstərir.
Viator Mikromaliyyə təşkilatı ilə əməkdaşlığından əvvəl o, Azərbaycanda müxtəlif təşkilatlarda və NHM-də İRİP üzrə Menecer kimi çalışmışdır.

Azərbaycan Texnologiya Universitetində Mühəndis-Texnoloq ixtisası üzrə təhsil almışdır. Biznes, vaxt idarəetməsi, mikromaliyyə menecmentliyi, maliyyə planlaşdırması və liderlik kimi mövzularda İtaliya, Rusiya, Qırğızıstan, Gürcüstan kimi müxtəlif ölkələrdə təlimlərdə iştirak etmişdir.