İCRAÇI RƏHBƏRLİK


İCRAÇI RƏHBƏRLİK







AYNUR ƏLİYEVA
İcraçı Direktor



AYNUR ƏLİYEVA Azərbaycan Respublikası Mühasibatlıq üzrə Təsdiqlənmiş Mütəxəsisidir və 10 ildən artıq bir dövr ərzində təşkilatımız ilə əməkdaşlıq edir. O, Viator-da Baş Mühasib kimi fəaliyyətə başlamış və daha sonra peşəkarlığına və özünü işinə həsr etməsi kimi müsbət keyfiyyətlərinə görə Maliyyə Meneceri vəzifəsinə yüksəlmişdir. Bir neçə illik fəaliyyətdən sonra, idarəetmə və liderlik bacarıqları, Maliyyə və İnsan Resurslarının idarəetməsi sahəsində dərin biliklərinə görə o, 2013-cü ilin mart ayından etibarən Direktor Müavini vəzifəsinə layiq görülmüşdür.

VİATOR Mikrokredit təşkilatı ilə əməkdaşlığından əvvəl o, Azərbaycanda müxtəlif təşkilatlarda Baş Mühasib vəzifəsində çalışmışdır. Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında (cari Azərbaycan Aqrar Universiteti) Mühasibatlıq və Audit ixtisası üzrə Bakalavr dərəcəsi almış və Azərbaycan Dövlət Texnologiya Universitetində Mühəndis – Texnoloq ixtisası üzrə Magistr pilləsinə yüksəlmişdir. Aynur xanım 2015-ci ildə Litvanın Vilnyus Gediminas Texniki Universitetində Beynəlxalq Biznes və Administrasiya üzrə Magistr dərəcəsini uğurla əldə etmişdir.

10 ildən artıq müddətdə göstərdiyi peşəkar iş fəaliyyətində Mikromaliyyə menecmentliyi, maliyyə planlaşdırması və liderlik kimi mövzularda İndoneziya, Almaniya, Lüksemburq, İtaliyaç Birləşmiş Krallıq və digər müxtəlif ölkələrdə təlimlərdə iştirak etmişdir. Maliyyə sahəsində olan bilik və təcrübəsindən əlavə, Aynur xanım çox güclü xarakterə malik olan, mikromaliyyə sahəsində yenilikləri kəşf edib, onun həll yollarını tədqiq edən güclü liderlərdən biridir.






İCRAÇI RƏHBƏRLİK







RUSLAN QARAYEV
Direktor Müavini/Maliyyə Menecer



RUSLAN QARAYEV 2005-ci ilin sentyabr ayında Dəliməmmədli filialı üzrə Filial Mühasibi kimi Viator Mikromaliyyə təşkilatında fəaliyyətə başlamış və Viator-un müxtəlif filiallarında eyni vəzifəni icra etmişdir. 2008-ci ildə Baş Ofisdə Baş Mühasib vəzifəsinə layiq görülmüşdür. Mühasibatlıq, audit və vergi sahəsindəki dərin biliyi və təcrübəsi sayəsində o, vəzifəsində ucalmış və 2012-ci ilin aprel ayında Maliyyə və İdarəetmə Meneceri vəzifəsinə təyin edilmişdir. Hal-hazırda ona iki vəzifənin icrası həvalə edilmişdir: Direktor Müavini və Maliyyə Meneceri.

O, 1997-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında (cari Azərbaycan Aqrar Universiteti) Mühəndis-iqtisadçı və menecmentlik ixtisasları üzrə Bakalavr dərəcəsini almışdır. Ruslan müəllim müxtəlif Beynəlxalq konfranslarda, yerli və xarici təlimlərdə, həmçinin Birləşmiş Krallıqda Maliyyə Analizi mövzusunda təlimində iştirak etmişdir. 2016-cı ildə o, Litvanın Vilnyus Gediminas Texniki Universitetində Beynəlxalq İqtisadiyyat və Biznesin idarəedilməsi üzrə Magistr dərəcəsini uğurla əldə etmişdir. Viator Mikrokredit təşkilatı ilə əməkdaşlığından əvvəl o, Azərbaycanın İncəsənət və Mədəniyyət Nazirliyində Mühasib kimi çalışmışdır.








İCRAÇI RƏHBƏRLİK








LALƏ MƏMMƏDOVA
Tədqiqat və İnkişaf Departamentinin müdiri



LALƏ MƏMMƏDOVA 2013-cü ildə İnsan Resursları üzrə Assistent kimi Viatorda çalışmağa başlamışdır. Qısa müddətdən sonra 2014-cü ilin yanvar ayında İdarə Heyəti Sədrinin Müşaviri vəzifəsinə təyin edilmişdir. Həmin vəzifədə Viatorun rüblük bülleteni, vebsayt üzrə məqalələr, təşkilatın marketinq sahəsi üzrə təbliğatına görə məsulliyyət daşıyan Lalə xanım qısa müddət ərzində öz işində peşəkarlaşır və Tədqiqat və İnkişaf Departamentinin Rəhbəri vəzifəsinə yüksəlir. Müştərilərin Müdafiəsi üzrə beynəlxalq sertifikatın əldə edilməsi üzrə məsuliyyətli prosesin 2015-ci ilin aprel ayında uğurla yekunlaşmasından sonra Lalə xanım Viator Mikrokredit Azərbaycan MMC-nin İdarə Heyətinin Üzvü seçilmişdi.
Azərbaycan Dövlət Kənd Təsərrüfatı Akademiyasının məzunu Lalə xanım Aqronomluq üzrə bakalavr dərəcəsinə, Botanika və Biologiya üzrə isə magist dərəcəsinə malikdir. FSA/FLEX ( Freedom Support Act/ Future Leaders Exchange Program) proqramından uğurla keçmiş Lalə xanim bir il müddətində Amerika Birləşmiş Ştatlarında təhsil almışdır. Viatorda fəaliyyətindən əvvəl o, World Vision Azerbaijan, ADRA, CARD (Central Asian Research and Development) kimi müxtəlif təşkilatlarda fərqli vəzifələrdə çalışmışdır.