TARİX VƏ ONUN MƏRHƏLƏLƏRİ


MƏRHƏLƏLƏR VƏ İNKİŞAF DÖVRLƏRİ

1999 - cu il
1999-cu il 29 aprel tarixində Norveç Humanitar Təşkilatı (NHT) Gəncə Regionunda mikro kreditlərin verilməsi layihəsinə başlamışdır.
Layihə, əsas hissəsinin NorAd fondunun və digər hissəsinin Normisyon fondu tərəfindən təmin edilən ilkin qrant vasitəsilə həyata keçrilmişdir.Bu iş ilkin olaraq qanuni qurum qismində deyil, NHT-nın layihəsi kimi öz mövcudluğuna başladı.
Təşkilatın əsas prinsipi Azərbaycanda kiçik biznesin inkişafını dəstəkləmək və məcburi köçkünlərə, kiçik sahibkarlara və müharibə veteranlarına kömək etməkdən ibarət idi.
1999-cu ildə əsası qoyulmuş ilk filial Gəncə Filialı idi.
Viatorun inkişafının ilkin mərhələsinə İcraçı Direktor Norveç vətəndaşı Tor Knutsen rəhbərlik etmişdir.



2002 - ci il
30 dekabr 2002-ci il tarixində Viator Mikrokredit Azəbaycan (Viator) NHT-nın nəzdindən ayrılmış və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir.
Təşkilat kimi qeydiyyatdan keçmə və NHT-nın tərkibindən ayrılma Azərbaycanda baş vermiş bəzi hüquqi dəyişikliklər və qaydalardaki inkişaf ilə bağlı idi.



2003 - cü il
30 sentyabr 2003-cü il tarixində Viator 136-QB №-li lisenziya ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı (ARMB) tərəfindən qeydə alınmış və Norveç Humanitar Təşkilatının nəzdindən ayrılaraq, ayrıca təşkilat kimi fəaliyyətə başlamışdır.
Əməliyyatlar, Böyük Qafqaz dağlarının cənubunda, Azərbaycanın şimalında yerləşən Şəki şəhərinə kimi genişlənir.



2005 - ci il
Təşkilat xidmətlərinə görə YDMQ-un (Yoxsulları Dəstəkləyən Məşvərətçi Qrup) təsis etdiyi maliyyə şəffaflığı mükafatına layiq görülmüşdür.
2005-ci ilin ortalarına kimi fəaliyyətini genişləndirməyi davam etdirmək üçün qrantlarla işləmək Viator üçün kifayət idi. Ancaq həmin vaxtdan etibarən qrant maliyyəsi yetərli olmamağa başladı. Bu Viatoru digər maliyyə mənbələri axtarmağa məcbur etdi. Bu həm də Viatorda digər müsbət dəyişikliklərə səbəb oldu. Kommersiya məqsədli investorlar yüksək səviyyəli şəffaflıq tələb edir və Viatorda daha əvvəllər tədqiq edilməmiş əməliyyat sahələri üzrə yoxlanışlar aparırdılar.
2005-ci ilin ortalarından bəri Viator şəffaflığı, idarəetməni və daxili nəzarəti təkmilləşdirmək üzrə bir çox dəyişikliklər həyata keçirmişdir. Viator mühasibatlıq sistemlərini əsaslı şəkildə təkmilləşdirmişdir. Daxili nəzarət üzrə mütəxəsislər peşəkarcasına öz işlərinin öhdəsindən gəlirlər.
2005-ci ilin may ayından Viatorda yeni İcraçı Direktor Simon Bartlett öz fəaliyyətinə başlamışdır.



2006 - cı il
Viatorun iş dərəcəsi beynəlxalq dərəcə agentliyi (Mikrofinanza) tərəfindən qiymətləndirilmiş və bununla da Viator Azərbaycanda iş dərəcəsi ölçülən ilk mikro maliyyə müəssisəsi olmuşdur.
Viator öz fəaliyyətini daha da genişləndirmiş və Azərbaycanın Goranboy rayonunda yerləşən Dəliməmmədlidə yeni filialını açmışdır.



2007 - ci il
Viator öz əhatə dairəsini daha da genişləndirərək, Azərbaycan Respublikasının şimal-qərbində yerləşən Şəmkirdə yeni filialını açmışdır.



2008 - ci il
Viator öz fəaliyyətini genişləndirərək, Azərbaycanın Qazax şəhərində yeni filial açmışdır.



2009 - cu il
Viator 450.000 $ məbləğində ilk ticari kreditini Planet Maliyyədən almışdır.



2011 - ci il
Viator öz işini genişləndirərək, Gürcüstan və Rusiyanın arasında, Azərbaycanın şimal-qərbində yerləşən Balakəndə açmışdır.



2013 - cü il
Viator yeni İcraçı Direktoru filippinli, təcrübəli mikromaliyyə mütəxəsisi Cənab Vencent A. Abraham ilə əməkdaşlığa başlamışdır.
Onun tərəfindən idarəetmə və sistemlərin mərkəzləşməsi, təşkilatın qayda və proseduralarının standartlaşdırılması kimi işlər görülmüşdür.
Ehtiyacı və bazarın tələblərini qarşılamaq üçün tərkibi yenilənmiş Kənd Təsərrüfatı Krediti, Kiçik Sahibkarlıq Krediti, Mikro Sahibkarlıq Krediti və Sosial Biznes Krediti mövcuddur.


2015 - ci il
Viatorda 2013-cü ilin mart ayından etibarən Direktor Müavini vəzifəsində çalışan Aynur Əliyeva 2015-ci ilin aprel ayından İdarə Heyərinin Sədri təyin edilib. Aynur Əliyevanın idarə dövrü Bank sistemində iqtisadi çətinliklərin başladığı vaxta təsadüf edib. Buna baxmayaraq Aynur Əliyeva öz güclü xarakteri, maliyyə sahəsində olan bilik və təcrübəsindən istifadə edərək, mikromaliyyə sahəsində yenilikləri kəşf edib,onun həll yollarını tədqiq etməklə güclü liderlik nümayış etdirir.


2016 - cı il
Şirkət yeni Problemli Kreditlər üzrə Departament yaratdı. Hüquq Departamentinin genişləndirilərək nəzdində məhkəmə qərarları icra bölməsi şöbəsi yaradıldı.
Viator, CARE proqramı çərçivəsində ətraf mühit fəaliyyətlərini davam etdirdi. Tədqiqat və İnkişaf departamenti tərəfindən işçi heyəti və xüsusilə müştərilər üçün FINLED təlimi ilə bağlı bir çox tədris materialları hazırlanmışdır.
Viatorun İdarəetmə Menecmenti Berlində 12-ci İllik Qlobal Mikromaliyyə Forumunda iştirak etmişdir.
Viator İstehlak krediti adlı yeni kredit məhsulunu inkişaf etdirdi.
Viator Microcredit 2015-ci ildə “Düşün borc al” kompaniyasında iştiraka görə təşəkkür sənədi ilə mükafatlandırıldı.




2017 - ci il
Viator Mikrokredit Azərbaycan MMC Parisdə BİD təşkilatı tərəfindən təşkil edilmiş Keyfiyyət Nominasiyasında Liderlik üzrə 2-ci Ulduz və 100 Keyfiyyətli Nəzarət Kriteriyalarına uyğun olaraq müasir biznes nailiyyətlərinə, əzm və liderliyinə görə Qızıl Mükafatı kateqoriyasında Keyfiyyət Konvensiyasında Liderlik üzrə Beynəlxalq Ulduz mükafatına layiq görülmüşdür. İdarə Heyətinin Rəhbərlərinin rəsmləri Fransada dərc olunmuş "Addari" jurnalının üz qabığında yer almışdır.
Viator Microcredit Azerbaijan MMC 28 aprel 2017-ci il AMFA-nın 10 İllik Təltif Şam Ziyafətində “VIATOR MICROCREDIT müştəri hüquqlarının qorunması sahəsində ən yaxşı təşkilatdır” adlı mükafata layiq görüüb.
BİZZ dünyanın ən vacib biznes mükəmməlliyi mükafatı sayılır və WORLDCOB tərəfindən hər bir ölkədəki ən görkəmli şirkətlərə və iş adamlarına verilir. Sistemli şəkildə işləyən, yenilikçi, bilikli və uğurlu lider seçilən BOKT Viator Mikrokredit Azərbaycan MMC-yə DÜNYA MİQYASLI APARICI BİSNESİ və İdarə Heyətinin Sədri Aynur xanım Əliyevaya DÜNYA MİQYASLI APARICI İŞ ADAMI mükafatları təltif olunub.